ICESCO-nun baş direktoru Azərbaycan Prezidentini təbrik etdi

ICESCO-nun baş direktoru Azərbaycan Prezidentini təbrik etdi
05 Noy 2025 13:40

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Oxu.Az President.az-a istinadən həmin məktubun mətnini təqdim edir

"8 Noyabr - Zəfər Gününün beşinci ildönümü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı - ICESCO adından və şəxsən öz adımdan səmimi təbriklərimi, ən xoş arzularımı çatdırmaqdan böyük şərəf duyuram.

Bu tarixi hadisə təkcə Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə deyil, həm də ədalətin təntənəsi və Cənubi Qafqazda sülh, inkişaf və yenidənqurma sahələrində yeni bir dövrün başlanması ilə əlamətdardır. Ərazilərin azad edilməsi xüsusən də Azərbaycan xalqının və bütün İslam dünyasının kimliyini, mənəvi dəyərlərini təmsil edən mədəni irs sahəsində mühüm bərpa prosesinə yol açmışdır.

Bu baxımdan, ICESCO-nun azad edilmiş ərazilərə son illərdə iki beynəlxalq texniki missiya göndərdiyini və onların vəziyyəti yerində qiymətləndirdiyini, işğal zamanı zərər dəymiş mədəni irsin qorunması və bərpası üçün tövsiyələr verdiyini məmnuniyyətlə xatırlayıram. Biz bu səyləri təkcə Azərbaycanın deyil, bütün dünyanın münaqişədən sonrakı bölgələrində mədəni irsin qorunması üçün bir model kimi son dərəcə əhəmiyyətli hesab edirik.

Qarabağa hər səfərim zamanı oradakı sürətli dəyişiklikləri böyük heyranlıqla izləmişəm. Şəhər və kəndlərin yenidən qurulması, mədəni və dini abidələrin, təhsil müəssisələrinin bərpası və ictimai həyatın dirçəlişi bunun bariz sübutudur.

Bu mühüm nailiyyətlər Sizin uzaqgörən liderliyinizin və Azərbaycanın daha firavan, daha sabit gələcəyi ilə bağlı əzminizin göstəricisidir.

Zati-aliləri, bu şanlı Zəfər bayramı münasibətilə Sizi bir daha səmimi-qəlbdən təbrik edir, müdrik rəhbərliyinizlə Azərbaycan Respublikasına davamlı sülh, tərəqqi və firavanlıq arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə ən yüksək hörmət və ehtiramımı bildirirəm". 


20 İyul 2026
Siyasət

Beş ayda İran Azərbaycandan 3,1 milyon dollarlıq təbii qaz idxal edib

Bu ilin yanvar-may aylarında Azərbaycandan İran İslam Respublikasına 3,076 milyon ABŞ dolları dəyərində 45,703 milyon kubmetr təbii qaz (qaz halında) ixrac edilib.

20 İyul 2026
Siyasət

İlham Əliyev Dünya Kubokunu qazanan İspaniyanın kralını təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə təbrik məktubu göndərib.

20 İyul 2026
Siyasət

Hikmət Hacıyev Gəncədəki ispan pilotların unudulmuş tarixinə diqqət çəkdi - VİDEO

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gəncədə təlim keçmiş ispan pilotların tarixindən bəhs edən sənədli filmi paylaşıb.

17 İyul 2026
Siyasət

Azərbaycan və Çin QR kod əsaslı ödəniş həllərinin inkişafını müzakirə ediblər

Azərbaycan Mərkəzi Bankı (AMB) və Çinin "UnionPay" beynəlxalq ödəniş sistemi arasında QR kod əsaslı ödəniş həllərinin inkişafı müzakirə edilib.

17 İyul 2026
Siyasət

Azərbaycan və Rusiya arasında nəqliyyat və ticarət əməkdaşlığı müzakirə edilib (FOTO)

Azərbaycan və Rusiya arasında nəqliyyat və ticarət əməkdaşlığı, eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.