Asif Əli Zərdari İlham Əliyevi təbrik edib

Asif Əli Zərdari İlham Əliyevi təbrik edib
04 Noy 2025 17:09

Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdari Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Oxu.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Şanlı Zəfər Gününün beşinci ildönümü münasibətilə zati-alinizə və qardaş Azərbaycan xalqına Pakistan Hökuməti və xalqı adından, şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram.

Bu gün zati-alinizin uzaqgörən rəhbərliyi ilə Vətəninin suverenliyini və ərazi bütövlüyünü fədakarlıqla bərpa edən Azərbaycan xalqının əzmkar mübarizəsinin və qətiyyətinin qürurverici təntənəsidir. İşğal olunmuş ərazilərin azad edilməsi Azərbaycanın müasir tarixində ədalətin, dözümlülüyün və milli birliyin rəmzi olan əlamətdar bir nailiyyət kimi qalır.

Bu il Qələbə Gününün qeyd olunması Ermənistanla münasibətlərdə əhəmiyyətli inkişafdan sonra regionda davamlı sülhə doğru müsbət nəticələrin təşviq edilməsi ilə üst-üstə düşdüyündən xüsusi əhəmiyyət daşıyır. Bu tarixi məqam hamı üçün sabitlik, əməkdaşlıq və firavanlıqla təmin olunacaq gələcəyin qurulması üçün yeni ümidlər doğurur.

Pakistan Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qətiyyətli və ardıcıl dəstəyini bir daha təsdiqləyir. Əminəm ki, xalqlarımız və dövlətlərimiz arasında dostluq və qardaşlıq əlaqələri qarşıdakı illərdə də möhkəmlənəcəkdir.

Fürsətdən istifadə edərək, zati-alinizə möhkəm cansağlığı və səadət, qardaş Azərbaycan xalqına davamlı sülh, tərəqqi və firavanlıq arzularımı çatdırıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".


6 Mar 2026
Siyasət

Arzu Əliyeva Bakı Ali Neft Məktəbində olub - FOTO

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Bakı Ali Neft Məktəbində olub.

6 Mar 2026
Siyasət

Ceyhun Bayramov: "Azərbaycan və Moldova arasında siyasi məsləhətləşmələr keçiriləcək"

"2026-cı ilin ikinci yarısında Azərbaycan və Moldova arasında siyasi məsləhətləşmələr keçiriləcək".

6 Mar 2026
Siyasət

Şahbaz Şərif İlham Əliyevə zəng etdi, İranın Azərbaycana hücumunu qınadı

Martın 6-da Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

6 Mar 2026
Siyasət

Ceyhun Bayramov: "İranın Naxçıvana PUA hücumu ciddi narahatlıq doğurur"

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Moldovanın baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi arasında geniştərkibli görüş keçirilib.

6 Mar 2026
Siyasət

Leyla Əliyeva Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olub

Leyla Əliyeva Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) olub.