Şavkat Mirziyoyev İlham Əliyevi təbrik etdi

Şavkat Mirziyoyev İlham Əliyevi təbrik etdi
04 Noy 2025 17:07

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Oxu.Az President.az-a istinadən həmin məktubun mətnini təqdim edir:

"Ölkənizin şanlı bayramı - Zəfər Günü münasibətilə Sizi - əziz qardaşımı və bütün Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

Beş il əvvəl doğma Vətəninin əsl fədaisi və sadiq oğlu, görkəmli dövlət və siyasət xadimi olan Sizin kimi müdrik rəhbərin qətiyyəti və cəsarəti sayəsində ölkənizin ərazi bütövlüyü bərpa edilmiş, tarixi ədalət təmin olunmuşdur.

Bu möhtəşəm hadisə təkcə Azərbaycanın gücünü və böyük potensialını bütün dünyaya aydın şəkildə nümayiş etdirmədi, həm də regionda sülh, qarşılıqlı anlaşma və sabitliyin möhkəmlənməsi üçün əsaslı zəmin yaratdı.

Bu məqamda Sizin Cənubi Qafqazda əmin-amanlığın və davamlı inkişafın təmin edilməsi istiqamətində həyata keçirdiyiniz ardıcıl səyləri tam dəstəklədiyimizi bir daha vurğulayıram.

Son illərdə ölkənizə səfərlərim zamanı Qarabağ bölgəsində müasir infrastrukturun qurulmasının, mədəni irs abidələrinin bərpa edilməsinin, bu ərazilərdə yaşayan əhalinin həyat səviyyəsinin yüksəldilməsinin şahidi oluruq və səmimi bir qardaş kimi bu misilsiz nailiyyətlərdən böyük sevinc hissi keçiririk.

Hörmətli İlham Heydər oğlu, Sizinlə bu il Azərbaycanın füsunkar Bakı, Xankəndi və Qəbələ şəhərlərində açıq və məhsuldar görüşlərimiz, habelə səmərəli danışıqlar zamanı əldə olunan mühüm razılaşmaların tam icrasının strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərimizi tamamilə yeni mərhələyə yüksəldəcəyinə əminəm.

Əziz dostum, yaxın gələcəkdə Mərkəzi Asiyanın dövlət başçılarının növbəti Məşvərət Görüşündə iştirak etmək üçün Sizin Özbəkistana səfərinizi səbirsizliklə gözləyirəm.

Ölkənizin həyatındakı bu unudulmaz tarix münasibətilə bir daha səmimi təbriklərimi bildirir, Sizə möhkəm cansağlığı, ailə səadəti, ali dövləti fəaliyyətinizdə böyük uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, rifah və daimi tərəqqi arzulayıram".


6 Okt 2026
Siyasət

Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ-ın sülh missiyaları üzrə xüsusi nümayəndəsinin baş müşaviri Arye Laytstounu qəbul edib.

6 Okt 2026
Siyasət

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Biznes, İnnovasiya, Elm və Ticarət Nazirliyinin Ticarət üzrə dövlət naziri, Birgə Hökumətlərarası Komissiyanın həmsədri Lord Anas Sarvarı qəbul edib.

6 Okt 2026
Siyasət

İlham Əliyev: "İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

Azərbaycanı inkişaf etməkdə olan kiçik ada dövlətlərindən minlərlə kilometr məsafə ayırsa da, bizi iqlim dəyişmələrinə dayanıqlılığı artırmaq üçün ortaq qətiyyət birləşdirir".

6 Okt 2026
Siyasət

Prezident: "Biz COP29 sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik"

"Biz COP29 sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik və onların problemlərini beynəlxalq aləmin diqqət mərkəzində saxlamağa çalışdıq".

6 Okt 2026
Siyasət

Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb.