Azərbaycanda yeni informasiya sistemi yaradılır - FƏRMAN

Azərbaycanda yeni informasiya sistemi yaradılır - FƏRMAN
04 Noy 2025 17:03

"Məhkəmə Ekspertizası" informasiya sisteminin yaradılır.

Oxu.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Yeni informasiya sistemi dövlət orqanlarının (qurumlarının) məhkəmə ekspertizası sahəsində fəaliyyətinin elektronlaşdırılması və məhkəmə ekspertizası idarələrinin fəaliyyətinin dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini təmin etmək məqsədilə yaradılır.

Müəyyən edilir ki, sistemin sahibi və operatoru funksiyalarını Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir, sistemin yaradılması, saxlanılması, fəaliyyətinin təşkili, idarə olunması və təkmilləşdirilməsi ilə bağlı xərclər dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.

Bundan başqa, sistem vasitəsilə aşağıdakılar təmin edilir:

1. məzmununda dövlət sirri təşkil edən məlumat olanlar istisna olmaqla məhkəmə ekspertizasının təyin edilməsi ilə bağlı elektron qaydada göndərilən qərarların (qərardadların) Sistemə qəbulu;

2. məhkəmə ekspertizasının təyin edilməsi ilə bağlı elektron qaydada göndərilən qərarların (qərardadların) icraata yönəldilməsi barədə müvafiq məlumatların məhkəmə ekspertizasını təyin etmiş orqana (quruma) və ya şəxsə elektron qaydada (elektron poçt, SMS və s.) göndərilməsi;

3. istifadəçilər, o cümlədən hər bir məhkəmə eksperti üçün Sistemdə şəxsi kabinetin yaradılması;

4. məhkəmə ekspertizalarının aparılma müddətlərinə riayət olunmasının izlənilməsi və müddətlərin bitməsi ilə bağlı xəbərdaredici məlumatın göndərilməsi;

5. məhkəmə ekspertizasının təyin edilməsi ilə bağlı elektron qaydada göndərilən qərarlar (qərardadlar) üzrə məhkəmə ekspertizalarının aparılması zamanı verilən vəsatətlərin, ekspert rəylərinin və ekspertizaların aparılmasından imtina ilə bağlı məlumatların təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə məhkəmə ekspertizasını təyin edən orqana (quruma) və ya şəxsə göndərilməsi;

6. məzmununda dövlət sirri təşkil edən məlumat olan sənədlər istisna olmaqla ekspert rəy və məlumatlarının arxivləşdirilməsi;

7. məhkəmə ekspertizasının aparılması üçün zəruri olan məlumatların aidiyyəti dövlət informasiya ehtiyatlarından və sistemlərindən əldə edilməsi;

8. məhkəmə ekspertizası fəaliyyəti ilə bağlı statistik və digər hesabatların hazırlanması;

9. bəzi məhkəmə ekspertizası növlərinin elektron qaydada keçirilməsi.


10 Sent 2026
Siyasət

DİM 2027-ci il buraxılış imtahanlarının proqramlarını açıqlayıb

Dövlət İmtahan Mərkəzi (DİM) 2027-ci ildə keçiriləcək ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış imtahanlarının proqramlarını açıqlayıb.

10 Sent 2026
Siyasət

Əli Əsədov qərar imzaladı

Nazirlər Kabineti "Səfərbərlik ehtiyatlarının nomenklaturası"nı təsdiq edib.

10 Sent 2026
Siyasət

Əli Əsədov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Baş nazir Əli Əsədov sentyabrın 10-da Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

10 Sent 2026
Siyasət

Prezident İslam Əməkdaşlıq Təşkilatının yeni baş katibinə təbrik ünvanlayıb

Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İsmail Uld Şeyx Əhmədə təbrik ünvanlayıb.

10 Sent 2026
Siyasət

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb.