Mikayıl Cabbarov: "Bakı Gəmiqayırma Zavodu həm də Orta Dəhlizə görə mühüm əhəmiyyət kəsb edir"

Mikayıl Cabbarov: "Bakı Gəmiqayırma Zavodu həm də Orta Dəhlizə görə mühüm əhəmiyyət kəsb edir"
04 Noy 2025 15:17

"Bakı Gəmiqayırma Zavodu ilə bağlı vergi güzəştinin uzadılması ilə bağlı müraciət konsensusla dəstəklənib, çünki zavodun fəaliyyəti ölkənin iqtisadi və strateji hədəflərinə cavab verir".

Oxu.Az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsində "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, bu zavod həm də Orta Dəhlizə görə mühüm əhəmiyyət kəsb edir:

"Ölkəmizdə qeyri-kommersiya təyinatlı gəmilərin - yanğınsöndürmədən tutmuş mühafizəyə qədər olan gəmilərin olduğu ikinci belə müəssisə yoxdur. Onun fəaliyyəti uzun illərdir ki, mənfəətli deyildi. Amma zavod son bir-iki ildə əməliyyat mənfəətinə çıxıb, yükləmə səviyyəsi xeyli artıb. Hazırda orada eyni vaxtda, təxminən, 10 gəmi inşa olunur. Son 12 ildə cəmi 14-15 gəmi inşa edilib, bu da istehsal dinamikasını göstərir. Biz bu dinamikanı dəstəkləyirik".


13 Fev 2026
Siyasət

Elnur Rzayev Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakı Proqram Koordinatoru ilə görüşüb (FOTO)

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı Proqram Koordinatoru Hayrettin Özçelik və koordinatorun müavini Kürşad Özdemirlə görüşüb.

13 Fev 2026
Siyasət

Prezident İlham Əliyev Münhendə İraq Kürdüstan Regionunun başçısı ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Münhendə İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə görüşüb.

13 Fev 2026
Siyasət

Rəşad Nəbiyev Salyanda vətəndaşları qəbul edib (FOTO)

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 13 fevral tarixində Salyan şəhərində Hacıqabul, Salyan, Neftçala rayonları və Şirvan şəhərinin sakinlərini qəbul edib.

13 Fev 2026
Siyasət

Prezident İlham Əliyev Almaniyaya səfərə gedib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün birinci xanım Mehriban Əliyeva ilə birlikdə fevralın 13-də Almaniya Federativ Respublikasına səfərə gedib.

13 Fev 2026
Siyasət

Emin Əmrullayev "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb

Elm və təhsil naziri Emin Əmrullayev dördüncü "Yüksəliş" müsabiqəsinin qalibləri Orxan İsgəndərov və İnsafəli Səmədovla növbəti dəfə görüşüb.