Kamaləddin Qafarov: “Elm strateji əhəmiyyətə malik sahədir”

Kamaləddin Qafarov: “Elm strateji əhəmiyyətə malik sahədir”
04 Noy 2025 15:01

“3 noyabr 2025-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində çıxışı zamanı cənab Prezident İlham Əliyev elmin ölkənin gələcəyi üçün strateji əhəmiyyətini xüsusi vurğuladı. Dövlət başçısının bu çıxışı təkcə yubiley təbriki deyil, həm də Azərbaycan elminin növbəti inkişaf mərhələsinə istiqamət verən proqram sənədi kimi dəyərləndirilə bilər. Dövlət başçısı qeyd etdi ki, AMEA-nın 80 illik fəaliyyəti milli intellektual mühitin formalaşmasında, dövlətçilik düşüncəsinin elmi əsaslarının möhkəmlənməsində misilsiz rol oynayıb. Bu, həm tarixi irsin qorunması, həm də müasir tədqiqat istiqamətlərinin qurulması baxımından mühüm göstəricidir.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili bildirib ki, Prezident İham Əliyevin yubiley nitqində toxunduğu ən mühüm mövzulardan biri də elmə dövlət dəstəyinin konkret mexanizmlərlə təmin edilməsi barədə səsləndirdiyi fikirlər olub: “Dövlət başçısı öz çıxışında Ulu Öndər Heydər Əliyevin elmi sahəyə göstərdiyi diqqət və qayğını xüsusi minnətdarlıqla xatırladaraq bildirdi ki, həmin siyasət bu gün müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirilir. Ulu Öndərin elmə yönəlik baxışları dövlətin inkişaf fəlsəfəsinin təməl prinsiplərindən biri idi və bu xətt hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələyə qədəm qoyub. Dövlət başçısının “elmin inkişafı dövlətin müstəqilliyi və təhlükəsizliyinin etibarlı təminatıdır” fikri göstərir ki, bu istiqamət yalnız mədəni və mənəvi dəyər deyil, həm də milli təhlükəsizlik amilidir. Məlum olduğu kimi, son on ildə elmə ayrılan vəsait iki dəfədən çox artırılıb. Bu artım elmin iqtisadi inkişafın aparıcı qüvvəsinə çevrilməsi siyasətinin nəticəsidir. Elm iqtisadiyyat və sənaye ilə sıx bağlı olmalıdır və bu istiqamətdə artıq yeni idarəetmə modeli formalaşır. Elmi tədqiqat institutlarının sənaye müəssisələri ilə əməkdaşlığı genişlənir, universitetlərdə tətbiqi araşdırmaların payı artır, elmi nəticələrin praktik dəyərə çevrilməsi prosesi dövlət tərəfindən stimullaşdırılır. Bu, həm də cənab Prezidentin elmin yalnız nəzəri müstəvidə qalmasına deyil, onun iqtisadi dövriyyəyə daxil olmasına yönəlmiş strateji baxışını əks etdirir. Müasir dövrdə ölkənin gücü yalnız təbii sərvətlərlə deyil, həm də bilik və texnologiyalarla ölçülür. Məhz buna görə Azərbaycan dövlətinin elm siyasəti uzunmüddətli inkişaf strategiyasının ayrılmaz hissəsinə çevrilib. Bu yanaşma nəticəsində elm dövlətin innovasiya sistemində aparıcı element statusu qazanıb, alimlər cəmiyyətin sosial və iqtisadi proseslərində daha fəal iştirak etməyə başlayıblar. Cənab Prezident İlham Əliyevin “tükənməz sərvət neft yox, intellektual potensialdır” fikri yubiley çıxışının əsas ideoloji xəttini təşkil etdi. Bu ifadə Azərbaycan dövlətinin gələcəyə baxışının mahiyyətini dəqiqliklə ifadə edir. Elm və təhsil sahələrinə yönəlmiş sərmayə, əslində, ölkənin milli təhlükəsizlik sisteminin və davamlı inkişafının təməlidir. Dövlət başçısı xüsusi vurğuladı ki, Azərbaycan alimləri qlobal elmi proseslərdə, xüsusilə süni intellekt, informasiya texnologiyaları və enerji səmərəliliyi sahələrində fəal iştirak etməlidirlər” .

6 Mar 2026
Siyasət

Arzu Əliyeva Bakı Ali Neft Məktəbində olub - FOTO

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Bakı Ali Neft Məktəbində olub.

6 Mar 2026
Siyasət

Ceyhun Bayramov: "Azərbaycan və Moldova arasında siyasi məsləhətləşmələr keçiriləcək"

"2026-cı ilin ikinci yarısında Azərbaycan və Moldova arasında siyasi məsləhətləşmələr keçiriləcək".

6 Mar 2026
Siyasət

Şahbaz Şərif İlham Əliyevə zəng etdi, İranın Azərbaycana hücumunu qınadı

Martın 6-da Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

6 Mar 2026
Siyasət

Ceyhun Bayramov: "İranın Naxçıvana PUA hücumu ciddi narahatlıq doğurur"

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Moldovanın baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi arasında geniştərkibli görüş keçirilib.

6 Mar 2026
Siyasət

Leyla Əliyeva Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olub

Leyla Əliyeva Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) olub.