2026-cı ildə Azərbaycanda dövlət büdcəsinə qeyri-neft-qaz sektorundan daxilolmaların cari xərclərin 88,1 %-ni qarşılaması gözlənir.
"Report" xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsində "2026-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
"Gələn il cari xərclərimiz büdcə xərclərinin 60,3 %-nə bərabər - 25,2 milyard manat olmalıdır. Bu da 2024-cü ilin faktiki göstəricisi ilə müqayisədə 18 % çox, 2025-ci ilin proqnoz göstərici ilə müqayisədə isə 0,4 milyard manat artıqdır. Cənab Prezidentin bəyan etdiyi hədəflərdən biri budur ki, cari xərclərimiz qeyri-neft-qaz gəlirləri hesabına qarşılansın. Əgər növbəti ildə bu nisbət 88 %-ə çatırsa, 2029-cu ildə hədəfimiz 100 %-dir", - deyə o qeyd edib.
Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadovun iki ölkə arasında münasibətlərin daha da möhkəmləndirilməsinə verdiyi töhfəni yüksək qiymətləndirib.
"Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Ukrayna Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Saziş" təsdiq edilib.
Azərbaycanın Polşa, İsveçrə, Niderland, Lixtenşteyn, Lüksemburq və Belçikadakı səfirləri geri çağırılıb, bəzilərinə yeni təyinat olub.