Əldə edilmiş naliyyələri qorumaq və artırmaq məqsədilə vergi inzibatçılığının gücləndirilməsi nəzərə alınaraq, leqallaşma prosesinin davamlılığı üçün əlverişli şərait yaradılıb.
Trend xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, bununla yanaşı, daha aşağı gəlirli sahələr üçün vergi yükünün azaldılması və qeyri-neft-qaz özəl sektorunun əməliyyatlarının tədricən, mərhələli şəkildə vergiyə cəlb olunması barədə təkliflər irəli sürülüb.
“Qeyd olunmalıdır ki, bu məsələlər asan müzakirələrdən keçməmiş, müxtəlif baxışlar ortaya çıxmışdır. Təqdim olunan sənəd isə vahid mövqeyi əks etdirir”, – deyə o vurğulayıb.
Son illər Bakıda 100-dən çox yeni park yaradılıb.
Xalq şairi Sabir Xudu oğlu Rüstəmxanlı "Şərəf" ordeni ilə təltif edilib.
"Bir tərəfdən Azərbaycan Respublikası Hökuməti ilə digər tərəfdən Bolqarıstan Respublikası Hökuməti və Veliko Tırnovo Bələdiyyəsi arasında Bolqarıstan Respublikasının Veliko Tırnovo şəhərində "Şuşa Parkı"nın salınması və yenidən qurulması üzrə əməkdaşlıq haqqında Saziş" təsdiq edilib.