Azərbaycan idmançıları ötən ay beynəlxalq yarışlarda 329 medal qazanıblar.
Oxu.Az-ın xəbərinə görə, bu barədə gənclər və idman naziri Fərid Qayıbov ötən ay ərzində beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüşündə məlumat verib.
O bildirib ki, oktyabr ayı ərzində Dövlət Himni 17 ölkədə səsləndirilib.
Bu ay ərzində idmançılarımız ümumilikdə 70 qızıl, 102 gümüş və 157 bürünc medal qazanıblar.
Azərbaycan Cüdo Federasiyasının (ACF) təşəbbüsü ilə yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov Yaponiyada keçirilən beynəlxalq məşqçilik seminarını uğurla tamamlayıb.
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında ikinci qələbəsini qazanıb.
Azərbaycan millisi Fransanın paytaxtı Parisdə keçirilən cüdo üzrə veteranlar arasında dünya çempionatında daha iki medal əldə edib.