Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,56 ABŞ dolları, yaxud 0,85 % artaraq 66,43 ABŞ dolları təşkil edib.
Bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib.
Hərracların nəticələrinə görə, "Brent" markalı neftin yanvar fyuçerslərinin qiyməti 66,02 ABŞ dolları təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,58 ABŞ dolları və ya 0,91 % artaraq 64,4 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Qarabağa səfər çərçivəsində Şuşada yeni məscidin tikintisinin gedişatı ilə tanış olublar.
Bakıda Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Dördüncü İqlim Həftəsi öz işinə yekun vurub.
Bu gün Vətən müharibəsinin ən gənc şəhidlərindən olan Cəbrayıl Dövlətzadənin doğum günüdür.