2025-ci il oktyabrın 1-nə olan məlumata görə, Azərbaycanda iqtisadiyyatın neft-qaz sektorunda 31.2 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 milyon 733.7 min nəfər çalışıb.
Oxu.Az Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkədə iqtisadi fəal əhalinin sayı 5 milyon 375.8 min nəfər təşkil edib. Onlardan 5 milyon 96.5 min nəfəri məşğul əhali olub.
Cari ilin sentyabrın 1-nə muzdla çalışan işçilərin sayı 1 milyon 764.9 min nəfər təşkil edib. Onların 855.3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 909.6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23.1%-i məhsul istehsalı sahələrində məşğul olub. Onların 7.7%-i emal sənayesində, 6.8%-i tikintidə, 2.7%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində, 2.4%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 1.8%-i mədənçıxarma sənayesində, 1.7%-i isə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində fəaliyyət göstərib.
Xidmət sahəsində işləyənlərin 19%-i ticarət və nəqliyyat vasitələrinin təmiri, 18%-i təhsil, 8.6%-i səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6.3%-i dövlət idarəetməsi, müdafiə və sosial təminat, 4.2%-i nəqliyyat və anbar təsərrüfatı, 3.9%-i inzibati və yardımçı xidmətlərin göstərilməsi, 3.9%-i peşə, elmi və texniki fəaliyyət, 3.7%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2.9%-i istirahət, əyləncə və incəsənət, 2.3%-i maliyyə və sığorta fəaliyyəti, 1.9%-i informasiya və rabitə, 1.1%-i daşınmaz əmlak əməliyyatları, 1.1%-i isə digər xidmət sahələrində çalışıb.
Ali təhsil müəssisələrinə, həmçinin tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu başa çatıb.
Qarşıdan gələn bayramlarla əlaqədar bu ay pensiya, müavinət və təqaüdlərin qrafikdən əvvəl ödənilməsi başlanılıb.
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.