Vətən müharibəsinin 39-cu günü: Yeddi kənd işğaldan azad edilir

Vətən müharibəsinin 39-cu günü: Yeddi kənd işğaldan azad edilir
04 Noy 2025 09:12

2020-ci il noyabrın 4-ü, bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin otuz doqquzuncu günü.

Oxu.Az xatırladır ki, döyüş əməliyyatları əsasən cəbhənin cənub və cənub-şərq hissələrində - Ağdam, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində davam edir.

Düşmən gecəboyu bölmələrimizin yerləşdiyi mövqelərimizi və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlardan atəşə tutur. Ağdərə, Ağdam və Xocavənddə hücuma keçməyə cəhd edən düşmən şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilir.

Azğın düşmən acığını yenə də mülki şəxslərdən çıxmağa çalışır. Səhər saatlarından başlayaraq, Tərtər rayonunun Hüsənli və Qazian kəndlərini, Şıxarx qəsəbəsini, eləcə də Tərtər şəhərini, Ağcabədinin Hacılar, Qaraxanlı və Boyat kəndlərini, həmçinin Ağdamın kəndlərini artilleriya atəşinə tutur.

Prezident İlham Əliyev İtaliyanın "La Repubblica" qəzetinə müsahibəsində torpaqlarımızın azadlığı uğrunda sona qədər mübarizə aparacağımızın mesajını verir:

Vətən müharibəsinin 39-cu günü: Yeddi kənd işğaldan azad edilir

"Bizim vəzifəmiz Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək idi və biz bu vəzifəyə yaxınlaşırıq. Biz ərazi bütövlüyünün bərpasını demək olar ki, 30 il idi gözləyirdik. Bildiyiniz kimi, bütün bu müddət ərzində Azərbaycan danışıqlar prosesinə ciddi şəkildə sadiq olub. Lakin əfsuslar olsun ki, bu, hər hansı əhəmiyyətli nəticə vermədi. Bundan əlavə, son bir neçə ildə Ermənistan rəhbərliyi öz bəyanatları və əməlləri, o cümlədən hərbi təxribatları ilə bizi hər zaman təhrik edirdi. Sonuncusu sentyabrın 27-də baş verdi. Biz cavab verməli olduq və bizim cavabımız Ermənistan üçün çox həssas idi. Biz qələbədən danışarkən qarşımıza belə bir hədəf qoymamışdıq. Biz onu danışıqlar masasında həll etmək istəyirdik. Lakin biz bunu döyüş meydanında etməyə hər zaman hazır idik və bunu da edirik".

Bütün bunların fonunda dövlət başçısı həmin gün xalqa növbəti müjdəni verir. Prezident özünün "X" səhifəsində Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli kəndləri, Cəbrayıl rayonunun Mirək, Kavdar kəndləri, Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndlərinin işğaldan tam azad edildiyini açıqlayır.

Vətən müharibəsinin 39-cu günü: Yeddi kənd işğaldan azad edilir

Beləliklə, müharibənin 39-cu günündə də üstünlüyün Azərbaycan Ordusunun tərəfində olması torpaqlarımızın hər yerində tezliklə bayrağımızın dalğalanacağından xəbər verir.

 

 


20 İyul 2026
Cəmiyyət

Vaqif Poeziya Günləri "Sözün Zəfəri – Zəfərin sədası" adlı konsert proqramı ilə yekunlaşıb (FOTO)

Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə keçirilən Vaqif Poeziya Günləri Şuşada "Sözün Zəfəri – Zəfərin sədası" adlı konsert proqramı ilə başa çatıb.

20 İyul 2026
Cəmiyyət

Sabah 39 dərəcə isti olacaq - 21.07.2026

İyulun 21-də gözlənilən hava proqnozu açıqlanıb.

20 İyul 2026
Cəmiyyət

Lisey və gimnaziyalara seçimlərin nəticələri açıqlanıb, sənəd qəbulunun vaxtı bilinib

2026-2027-ci tədris ili üzrə mərkəzləşdirilmiş qaydada qəbul aparılan lisey və gimnaziyalara seçimlərin nəticələri elan olunub.

20 İyul 2026
Cəmiyyət

Polis 11 tüfəng və 198 patron aşkarlayıb

İyulun 18-də və 19-da polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanması istiqamətində əməliyyat tədbirləri keçirilib.

20 İyul 2026
Cəmiyyət

FHN: Ötən həftə 700-ə yaxın yanğına çıxış olub

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 672 yanğına çıxış, 48 halda köməksiz vəziyyətdə qalma və 5 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.