Vətən müharibəsinin 38-ci günü: Ağır itkilərə məruz qalan düşmən geri çəkilməyə məcbur edilir

Vətən müharibəsinin 38-ci günü: Ağır itkilərə məruz qalan düşmən geri çəkilməyə məcbur edilir
03 Noy 2025 09:12

2020-ci il noyabrın 3-ü, bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin otuz səkkizinci günü.

Oxu.Az xatırladır ki, döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində davam edir. Ağdam və Ağcabədinin kəndlərindəki mülki infrastrukturu, Tovuz, Gədəbəy, Daşkəsən, Qubadlı və Zəngilanda yerləşən mövqelərimizi yenidən atıcı silahlar, minaatanlar və toplardan atəşə tutan düşmənə ağır zərbələr endirilir. Ağdərə, Ağdam və Xocavənd istiqamətində düşmən hücumunun qarşısı alınır. Ağır itkilərə məruz qalan düşmən geri çəkilməyə məcbur edilir.

Ermənistan ordusunun daimi dislokasiya məntəqəsində səngərlərdə və atəş mövqelərində, aralarında yüksəkrütbəlilərin də olduğu xeyli sadə canlı qüvvəsi məhv edilir. Gün ərzində Ermənistan ordusunun 4 Qrad yaylım atəşli reaktiv sistemi, 1 "KUB" zenit-raket kompleksi, 9 müxtəlif tipli topu, 2 sursatla dolu yük maşını, Xankəndi yaxınlığında 2 sursat anbarı, o cümlədən cəbhədə uçuş keçirməyə cəhd göstərən taktiki pilotsuz uçuş aparatı (PUA) sıradan çıxarılır. Xeyli sayda hərbi qənimət ələ keçirilir, legitim hərbi hədəfləri dəqiq atış zərbələri ilə darmadağın edilir.

Beləliklə, müharibənin 38-ci günündə də üstünlüyün Azərbaycan Ordusunun tərəfində olması torpaqlarımızın hər yerində tezliklə bayrağımızın dalğalanacağından xəbər verir.

 

 



6 Noy 2025
Cəmiyyət

Laçında qanvermə aksiyası keçirilib (FOTO)

İşğaldan azad olunan ərazilərə “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində noyabrın 6-da Laçında könüllü qanvermə aksiyası keçirilib.

6 Noy 2025
Cəmiyyət

DİN-in əməkdaşları Zəfər Günü ilə əlaqədar ağacəkmə kampaniyası keçiriblər

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları 8 Noyabr - Zəfər Günü ilə əlaqədar ağacəkmə kampaniyası keçiriblər.

6 Noy 2025
Cəmiyyət

Füzulidə Mərkəzi Park salınacaq

Füzuli şəhərində Qarabağ Dirçəliş Fondunun sifarişi ilə 25 hektar ərazidə böyük bir Mərkəzi Park salınacaq.

6 Noy 2025
Cəmiyyət

Bulvarın uzunluğu 25 kilometrə çatacaq - RƏSMİ

Yaxın gələcəkdə bulvarın uzunluğunun 25 kilometrə çatdırılması nəzərdə tutulur.

6 Noy 2025
Cəmiyyət

FHN Tovuzda mülki müdafiə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyi (FHN) Gəncə Regional Mərkəzi Tovuz rayonunda "İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili" mövzusunda kompleks mülki müdafiə təlimi keçirib.