Xaçmazın Qaracik Zeyid kəndində səyyar qəbul keçirilib (FOTO)

Xaçmazın Qaracik Zeyid kəndində səyyar qəbul keçirilib (FOTO)
10 Okt 2025 17:26

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Qaracik Zeyid kəndində səyyar qəbul keçirib.

Trend xəbər verir ki, qəbulda Aşağı Zeyid İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Qaracik Zeyid, Aşağı Zeyid, Qaraçayçək, Qaracik, Şıxhaput, Alıcqışlaq və Çılğır kəndlərinin sakinləri iştirak ediblər.

Sakinlər əvvəlki səyyar qəbullarda səsləndirilən bəzi müraciətlərin həlli istiqamətində görülən işlərə görə minnətdarlıqlarını bildiriblər, həmçinin elektrik təsərrüfatının yenilənməsi, yeni körpü keçidinin inşası və digər müraciətlər səsləndiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini diqqətlə dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib. Bir çox məsələlər yerindəcə həllini tapıb.

Sakinlər əhalinin problemlərinin həllinə yönəlmiş tədbirlərin davamlı xarakter daşıdığını vurğulayaraq, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.


20 İyul 2026
Cəmiyyət

Vaqif Poeziya Günləri "Sözün Zəfəri – Zəfərin sədası" adlı konsert proqramı ilə yekunlaşıb (FOTO)

Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə keçirilən Vaqif Poeziya Günləri Şuşada "Sözün Zəfəri – Zəfərin sədası" adlı konsert proqramı ilə başa çatıb.

20 İyul 2026
Cəmiyyət

Sabah 39 dərəcə isti olacaq - 21.07.2026

İyulun 21-də gözlənilən hava proqnozu açıqlanıb.

20 İyul 2026
Cəmiyyət

Lisey və gimnaziyalara seçimlərin nəticələri açıqlanıb, sənəd qəbulunun vaxtı bilinib

2026-2027-ci tədris ili üzrə mərkəzləşdirilmiş qaydada qəbul aparılan lisey və gimnaziyalara seçimlərin nəticələri elan olunub.

20 İyul 2026
Cəmiyyət

Polis 11 tüfəng və 198 patron aşkarlayıb

İyulun 18-də və 19-da polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanması istiqamətində əməliyyat tədbirləri keçirilib.

20 İyul 2026
Cəmiyyət

FHN: Ötən həftə 700-ə yaxın yanğına çıxış olub

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 672 yanğına çıxış, 48 halda köməksiz vəziyyətdə qalma və 5 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.