34 bal toplayan namizədlər də müsahibəyə dəvət olunacaq - BŞTİ

34 bal toplayan namizədlər də müsahibəyə dəvət olunacaq - BŞTİ
10 Okt 2025 16:51

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin(BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinə çağırışaqədərki hazırlıq rəhbəri vəzifəsi üzrə işə qəbul müsahibəsi keçirilir.

Trend xəbər verir ki, bu barədə BŞTİ məlumat yayıb.

Bildirilib ki, çağırışaqədərki hazırlıq rəhbəri vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində keçid balını toplayanların sayının mövcud vakansiyalardan az olduğunu nəzərə alaraq minimum 34 bal toplayan namizədlər də müsahibəyə cəlb olunacaqlar.

Müsahibənin vaxtı və məkan haqqında məlumat minimum 34 bal toplayan namizədlərə də SMS vasitəsilə göndəriləcək.

Müsahibə zamanı namizədlərin bilikləri və peşəkar keyfiyyətləri nəzərə alınacaq.

Müsahibəni uğurla keçən namizədlər müvafiq vakant yerlərə təyin olunacaqlar.


12 İyun 2026
Cəmiyyət

Xocavəndin Qırmızı Bazar və Hadrut qəsəbələrinə növbəti köç olub

Xocavənd rayonunun Qırmızı Bazar və Hadrut qəsəbələrinə köç olub.

12 İyun 2026
Cəmiyyət

Xüsusi qabiliyyət imtahanlarına start verilir

V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinin və 11 illik təhsil bazasında kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanlarının ilkin keçirilmə qrafiki müəyyən olunub.

12 İyun 2026
Cəmiyyət

Sabah 35 dərəcə isti olacaq - 13.06.2026

İyunun 13-ə gözlənilən hava şəraiti açıqlanıb.

12 İyun 2026
Cəmiyyət

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (12.06.2026)

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.