Ov mövsümü açıq elan edilib

Ov mövsümü açıq elan edilib
10 Okt 2025 14:03

Ov Məsələləri üzrə Koordinasiya Şurasının növbəti iclası keçirilib və 10 oktyabr 2025-ci il tarixindən etibarən ov mövsümünün açıq elan edilməsinə qərar verilib.

Oxu.Az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib ki, ölkə ərazisində alim-mütəxəssislərlə birgə quş və məməli heyvanların mütəmadi monitorinqi aparılır. Monitorinqlərin nəticəsinə görə, son illər qlobal iqlim dəyişikliyi və Xəzər dənizində su səviyyəsinin enməsi quşların ənənəvi toplaşma, istirahət, qidalanma, qışlama yerlərinin və miqrasiya marşrutlarının dəyişməsinə səbəb olub.

"Bu səbəbdən Ov Məsələləri üzrə Koordinasiya Şurasının iclasında ov mövsümünün 1 dekabr 2025-ci il tarixinədək açıq elan olunmasına və təbiətdə baş verən proseslərin dinamikasının izlənilməsinə qərar verilib".

A.Babayevanın sözlərinə görə, monitorinqlərin nəticəsindən asılı olaraq ov mövsümünün müddətinin uzadılıb-uzadılmaması məsələsinə növbəti aylarda baxılacaq. Ovlanmasına icazə verilən vəhşi heyvan və quşların ovlanma müddətləri və normaları ilə bağlı məlumatlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet səhifəsinin "Elanlar" bölməsində yerləşdirilib.

"Ov mövsümündə vətəndaşları qanunlara riayət etməyə və qanunsuz ov hallarına yol verməməyə çağırırıq".


12 İyun 2026
Cəmiyyət

Xocavəndin Qırmızı Bazar və Hadrut qəsəbələrinə növbəti köç olub

Xocavənd rayonunun Qırmızı Bazar və Hadrut qəsəbələrinə köç olub.

12 İyun 2026
Cəmiyyət

Xüsusi qabiliyyət imtahanlarına start verilir

V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinin və 11 illik təhsil bazasında kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanlarının ilkin keçirilmə qrafiki müəyyən olunub.

12 İyun 2026
Cəmiyyət

Sabah 35 dərəcə isti olacaq - 13.06.2026

İyunun 13-ə gözlənilən hava şəraiti açıqlanıb.

12 İyun 2026
Cəmiyyət

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (12.06.2026)

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.