Oktyabrın 11-də gözlənilən hava şəraiti açıqlanıb.
Bu barədə Milli.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 15-18, gündüz 20-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət isə gecə 75-80 %, gündüz 55-65 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 14-17, gündüz 21-26, dağlarda gecə 5-10, gündüz 10-15 dərəcə isti olacaq.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türk İnvestisiya Fondunun prezidenti Bağdad Amreyevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
İstismar müddəti başa çatmış və istifadəyə yararsız vəziyyətə düşmüş döyüş sursatlarının təhlükəsizlik qaydalarına uyğun şəkildə məhv edilməsi məqsədilə iyunun 17-dən 19-dək Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda müvafiq tədbirlər həyata keçiriləcək.
2030-cu ildə müasir istixana sahələrinin 2 000 hektara çatdırılması hədəflənir. Dəstək tədbirləri olaraq, avadanlıqlara 40 faiz güzəştin tətbiqi, həmçinin kredit faizlərinin bir hissəsinin dövlət hesabına subsidiyalaşması dəstəyi nəzərdə tutulur.