"MDB Oyunları kimi tədbirlər həm Birlik daxilində, həm də ondan kənarda dostluq və əməkdaşlığı möhkəmləndirir".
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında çıxışı zamanı deyib.
Bu il sentyabrın 28-dən oktyabrın 8-dək Azərbaycanda keçirilən III MDB Oyunlarının qədim Gəncə şəhərində, həmçinin Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi və Şəkidə keçirildiyini vurğulayan dövlət başçısı bildirib ki, belə tədbirlər MDB çərçivəsində və onun hüdudlarından kənarda dostluğu və əməkdaşlığı gücləndirir, qarşılıqlı maraqlara və hörmətə əsaslanan münasibətlərin möhkəmləndirilməsinə töhfə verir.
İyulun 21-də Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.
Bu ilin yanvar-may aylarında Azərbaycandan İran İslam Respublikasına 3,076 milyon ABŞ dolları dəyərində 45,703 milyon kubmetr təbii qaz (qaz halında) ixrac edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə təbrik məktubu göndərib.
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gəncədə təlim keçmiş ispan pilotların tarixindən bəhs edən sənədli filmi paylaşıb.