Kamaləddin Qafarov: “Cəbrayılın azad edilməsi çox mühüm strateji uğur idi”

Kamaləddin Qafarov: “Cəbrayılın azad edilməsi çox mühüm strateji uğur idi”
04 Okt 2025 09:56

“Azərbaycanın şanlı dövlətçilik tarixinə 2020-ci ilin 44 günlük Vətən müharibəsi ən parlaq Zəfər səhifəsi kimi yazılıb. Bu savaşda hər bir kəndin, hər bir qəsəbənin azad olunması xalqımıza böyük qürur hissi yaşatdı. Ancaq həmin qələbələr arasında elə gün var ki, həm hərbi, həm də siyasi baxımdan xüsusi simvolik məna daşıyır. 4 oktyabr – Cəbrayıl şəhərinin azad edildiyi gün məhz belə tarixi hadisədir.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkilinin sözlərinə görə, Cəbrayılın işğalı ilə azadlığı arasında uzanan 27 illik dövr Azərbaycan xalqının həm ağrı, həm də ümidlərlə dolu tarixini əks etdirir: “1993-cü ilin avqustunda Cəbrayıl rayonu işğal edildi. 1 şəhər, 4 qəsəbə, 92 kənd erməni vandalları tərəfindən dağıdıldı, minlərlə sakin məcburi köçkünə çevrildi. Yüzlərlə tarixi abidə və mədəniyyət ocağı yerlə-yeksan olundu. Ancaq bütün bu faciələr xalqın iradəsini sındıra bilmədi. Azərbaycan dövləti bu illərdə həm iqtisadi, həm də hərbi gücünü möhkəmləndirdi və nəhayət, 2020-ci ildə ədaləti bərpa etdi.”

Kamaləddin Qafarov bildirib ki, Cəbrayılın azad olunması müharibənin strateji gedişatını dəyişdi: “Oktyabrın 4-də Azərbaycan Ordusu Cəbrayıl şəhərini və ətraf kəndləri işğaldan azad etdi. Düşmən burada möhkəm istehkamlar qurmuşdu, lakin əsgərlərimizin fədakarlığı sayəsində bu maneələr yarıldı. Cəbrayıl əməliyyatı ilə Ordumuz həm Zəngilan, Qubadlı, Laçın istiqamətində, həm də Xocavənd və Hadrut üzərində nəzarət üçün əlverişli mövqelər qazandı. Əslində, bu qələbə sonrakı həlledici mərhələlərin açarı oldu. Həmin gün Xudafərin körpüsündə qaldırılan üçrəngli bayraq isə Azərbaycan dövlətinin tarix qarşısında haqq savaşını təcəssüm etdirdi.”

Deputat qeyd edib ki, cənab Prezident İlham Əliyevin 2023-cü ildə imzaladığı sərəncamla 4 oktyabrın Cəbrayıl şəhəri günü elan olunması bu qələbənin əhəmiyyətini daha da artırır. Onun fikrincə, bu, həm də yeni dövrün başlanğıcıdır: “Bu gün Cəbrayılda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Araz Vadisi İqtisadi Zonası, sənaye parkları, müasir yollar, enerji layihələri rayonun gələcək inkişafına xidmət edir. İlk köç karvanının Cəbrayıla yola salınması isə Böyük Qayıdışın gerçəkliyə çevrildiyini göstərir. Artıq insanlar doğma torpaqlarına qayıdır, yeni evlər, məktəblər, mədəniyyət ocaqları tikilir. Bu, həm ədalətin, həm də həyatın qələbəsidir.”

Kamaləddin Qafarov deyib: “Cəbrayılın azad olunması yalnız bir şəhərin qurtuluşu deyildi. Bu hadisə Azərbaycan xalqının haqq səsinin, gücünün və birliyinin dünyaya nümayişi idi. 4 oktyabr bu mənada Cəbrayılın zəfər günü ilə yanaşı, həm də gələcək nəsillərin də milli qürur və dövlətçilik dərsi kimi daim yaddaşlarda qalacaqdır.”

10 Avq 2026
Siyasət

Pakistan Azərbaycan səfirinin ikitərəfli münasibətlərin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirib

Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadovun iki ölkə arasında münasibətlərin daha da möhkəmləndirilməsinə verdiyi töhfəni yüksək qiymətləndirib.

10 Avq 2026
Siyasət

Prezident Ukrayna ilə imzalanmış sazişi təsdiqlədi

"Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Ukrayna Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Saziş" təsdiq edilib.

10 Avq 2026
Siyasət

Azərbaycanın bir sıra ölkələrdəki səfirləri dəyişdirildi

Azərbaycanın Polşa, İsveçrə, Niderland, Lixtenşteyn, Lüksemburq və Belçikadakı səfirləri geri çağırılıb, bəzilərinə yeni təyinat olub.

10 Avq 2026
Siyasət

Ceki Çan Azərbaycanla bağlı danışdı - FOTO

Macəra janrında çəkilən "Tanrının yaraqları: Ultimatum" filminin beynəlxalq yaradıcı heyəti Azərbaycanın paytaxtı Bakıda çəkilişlərin növbəti mərhələsinə başlayıb.

10 Avq 2026
Siyasət

Litvanın yeni baş naziri Azərbaycan Prezidentinə zəng etdi

Avqustun 10-da Litva Respublikasının Baş naziri Mindauqas Sinkeviçyus Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.