Baş katib: "TDT-də Azərbaycanın sədrliyi altında əməkdaşlığın güclənəcəyinə əminik"

Baş katib: "TDT-də Azərbaycanın sədrliyi altında əməkdaşlığın güclənəcəyinə əminik"
03 Okt 2025 17:17

Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Ömüralıyev Azərbaycanın sədrliyinin iştirakçı ölkələr arasında əməkdaşlığı gücləndirəcəyinə əminliyini ifadə edib.

Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu barədə baş katibin Türkdilli Dövlətlərin Əməkdaşlıq Günü və təşkilatın əsasını qoyan Naxçıvan Sazişinin imzalanmasının 16-cı ildönümü münasibətilə müraciətində bildirilib.

K.Ömüralıyev vurğulayıb ki, ötən 16 il ərzində TDT əməkdaşlıq üçün kompleks platformaya çevrilib:

"Biz əminik ki, Azərbaycan bu işi davam etdirəcək və qarşıdakı dövrdə əməkdaşlığımızı daha da gücləndirəcək".

O qeyd edib ki, TDT böyük yol qət etməklə yanaşı, iştirakçı ölkələrin əməkdaşlıq sahələrini genişləndirib:

"Bir neçə prioritet istiqamətlə başlayan əməkdaşlıq tədricən genişlənib və indi, təxminən, 40 müxtəlif qarşılıqlı əlaqə sahəsini əhatə edir. Hər il əməkdaşlıq sahəmiz daha geniş və dərin olur".

Baş katib, həmçinin təşkilatın yaranması tarixi münasibətilə TDT-nin xalqlarını və hökumətlərini, eləcə də müşahidəçi dövlətləri təbrik edib.

O bildirib ki, əməkdaşlıq və birliyin güclənəcəyinə ümidvardır:

"Bu xüsusi günü qeyd edərkən biz gələcəyə inamla baxırıq. Türk Dövlətləri Təşkilatı beynəlxalq arenada siyasi dialoqu möhkəmləndirməyə, iqtisadi əlaqələri dərinləşdirməyə və mədəni mübadilələri inkişaf etdirməyə davam edir".

Qeyd edək ki, TDT-nin növbəti sammiti oktyabrın 7-də Qəbələdə keçiriləcək və sədrlik Qırğızıstandan Azərbaycana keçəcək.


13 Yan 2026
Siyasət

Prezident İlham Əliyev Ağdərə rayonunun Aşağı Oratağ kəndində görülmüş işlərlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Aşağı Oratağ kəndində görülmüş işlərlə tanış olub.

13 Yan 2026
Siyasət

İlham Əliyev Ağdərə rayonunun Çıldıran kəndində olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Çıldıran kəndində görülmüş işlərlə tanış olub.

13 Yan 2026
Siyasət

Rövşən Rzayev vətəndaş qəbulunu keçirib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev yanvarın 13-də vətəndaşların növbəti qəbulunu keçirib.

13 Yan 2026
Siyasət

Prezident Ağdərənin Canyataq kəndində "Dəmirli" Filiz Emalı Kompleksinin fəaliyyəti ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Canyataq kəndində "Dəmirli" Filiz Emalı Kompleksinin fəaliyyəti ilə tanış olub.

13 Yan 2026
Siyasət

Bu il Ağdərənin Heyvalı kəndində daha 50 ev bərpa ediləcək

Ağdərə rayonunun Heyvalı kəndində il ərzində daha 50 evin bərpası nəzərdə tutulur.