Azərbaycan gimnastları Selcan Mahsudova və Maqsud Mahsudov III MDB oyunlarında növbəti medalı qazanıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, qarışıq komanda yarışında 49.930 idmançılar gümüş medala yiyələnib.
Birinci pilləni Belarus (51.270 xal), Qazaxıstan isə (47.280 xal) üçüncü olub.
Qeyd edək ki, bununla da batut gimnastikası yarışlarına yekun vurulub. Azərbaycan gimnastları yarışı 1 qızıl, 2 gümüş, 3 bürünc medalla başa vurub.
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə reytinq turnirinin 2-ci günündə Azərbaycanın sərbəst güləş millisinin 2 üzvü fəxri kürsüyə qalxıb.
Sabah Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə ilin son reytinq turnirinə start veriləcək.