Turizmdə yeni destinasiya: Astaranın Sım kəndinə mediatur təşkil edilib

Turizmdə yeni destinasiya: Astaranın Sım kəndinə mediatur təşkil edilib
03 Okt 2025 13:51

Oktyabrın 3-də Dövlət Turizm Agentliyinin (DTA) təşkilatçılığı ilə Astaranın Sım kəndinə mediatur təşkil edilib.

Oxu.Az xəbər verir ki, mediatur çərçivəsində Sım kəndinin turizm potensialı, ekoturizm və aqroturizm imkanları nümayiş etdirilib, qonaqlama xidməti göstərən kənd evləri, yerli mətbəx tanıdılıb.

Qeyd olunub ki, regionlarda turizmin inkişafı, yeni destinasiyaların formalaşdırılması və turizm klasterlərinin yaradılması məqsədilə müxtəlif istiqamətdə tədbirlər görülür. Bu istiqamətdə DTA tərəfindən turizm potensialı yüksək olan kəndlər və onların ətrafında turizmyönümlü fəaliyyətlər dəstəklənməkdədir.

Belə ki, Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022-26-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın Tədbirlər Planına əsasən, Dövlət Turizm Agentliyi tərəfindən seçilmiş kəndlərdə "Turistik kənd" konsepsiyasına uyğun turizm infrastrukturunun yaradılması layihəsi icra olunmaqdadır. Layihənin məqsədi turistlər üçün cəlbedici ola biləcək kəndlərin vizual görünüşünün yaxşılaşdırılması və kəndin abadlaşdırılması vasitəsilə turizm və onun ətrafında məşğulluq imkanlarının genişləndirilməsidir.

Bildirilib ki, "Turistik kənd" layihəsi Qusarın Laza, Qubanın Qrız, Qaxın İlisu və Sarıbaş, Qəbələnin Duruca, İsmayıllının İvanovka, Lerikin Bibiyani, eləcə də Astaranın Sım kəndini əhatə edir.

Qeyd olunub ki, layihə çərçivəsində Dövlət Turizm Agentliyi tərəfindən Sım kəndinin turizm potensialının qiymətləndirilməsi aparılaraq kənd cənub bölgəsinin turizm marşrutlarına və xəritələrinə daxil edilib, istiqamətverici lövhələr quraşdırılıb.

Həmçinin kənddə aqroturizmin inkişaf etdirilməsi və təşviqi məqsədilə həyata keçirilən layihələr haqqında məlumat verilib.

Bildirilib ki, Sım kəndində aqroturizm və kənddə ənənəvi arıçılıq təsərrüfatının inkişaf etdirilməsi, nümunəvi arıçılıq təsərrüfatının yaradılması və turizmə inteqrasiya olunması üzrə, eləcə də Sım kəndində turizm infrastrukturunun və icma iştirakçılığının inkişafı üzrə DTA-nın dəstəyi ilə həyata keçirilən layihələr kəndin turizm potensialının genişləndirilməsinə xidmət edir.

Məlumat verilib ki, kənd yerlərində məşğulluğun artırılması məqsədilə Dövlət Turizm Agentliyi ilə müvafiq dövlət qurumlarının əməkdaşlığı çərçivəsində indiyədək həyata keçirilən layihələr üzrə qonaqlama xidməti göstərən kənd evləri müvafiq avadanlıqlarla təmin edilib, yerli sakinlər üçün qonaqlama, aqroturizm və bələdçilik üzrə təlimlər təşkil edilib, yerli bələdçilər hazırlanıb.

Qeyd edək ki, DTA-nın təşəbbüsü ilə turizm şirkətləri və bloqerlər üçün cənub bölgəsinə, o cümlədən Sım kəndinə mütəmadi olaraq infoturlar təşkil edilib.


6 Noy 2026
Cəmiyyət

8 Noyabr – Zəfər Gününə həsr olunmuş konsert proqramı təqdim edildi - (Foto)

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası və M.Maqomayevadına Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş möhtəşəm konsert proqramı təqdim edildi. 

6 Noy 2026
Cəmiyyət

Sabah güclü külək əsəcək - Xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib.

6 Noy 2026
Cəmiyyət

Zəfər Günü ilə əlaqədar Bakıda hərbi yürüşlər keçiriləcək

8 Noyabr - Zəfər Günü ilə əlaqədar paytaxtın müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək.

6 Noy 2026
Cəmiyyət

Naxçıvan üzrə noyabrın pensiyaları ödənilib

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabr ayının pensiya ödənişi başa çatdırılıb.

6 Noy 2026
Cəmiyyət

Bu tarixədək yağış yağacaq - Xəbərdarlıq

Azərbaycanda qeyri-sabit hava şəraiti noyabrın 10-dək davam edəcək, fasilələrlə yağış yağacaq.