Azərbaycan gimnastı Selcan Mahsudova III MDB oyunları çərçivəsində batut gimnastikası üzrə qızların fərdi yarışında bürünc medal qazanıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, idmançı 56.040 xal toplayıb.
Belaruslu idmançı Lana Lebedeva (57.710 xal) qızıl, rusiyalı Anjela Bladçeva isə (57.660 xal) ikinci olub.
Qeyd edək ki batut gimnastikasında fərdi yarışlara bu gün yekun vurulacaq.
Xizək alpinizmi üzrə Avropa çempionatı və Dünya Kuboku yarışlarının ikinci gününə start verilib.
Özbəkistanın paytaxtı Daşkənddə beynəlxalq təlim-məşq toplanışı start götürüb.
İspaniyanın Mostoles şəhərində cüdo üzrə gənclər arasında Avropa Kuboku başa çatıb.