İqtisadiyyat naziri: Bu, sistemli risk yaradır

İqtisadiyyat naziri: Bu, sistemli risk yaradır
03 Okt 2025 12:31

"Azərbaycanda tənzimləyici qurumların bazar iştirakçısı funksiyasını daşıması sistemli risk yaradır.

Ölkə.Az xəbər verir ki, bunu Bakıda keçirilən II Milli Rəqabət Forumumda çıxışı zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

O qeyd edib ki, Azərbaycanda rəqabət siyasətinin tənzimlənməsi təkcə dövlət qurumlarının deyil, ümumilikdə cəmiyyətin maraqlarına xidmət edir: “Bu məsələni yalnız sahəvi qurumların deyil, hər birimizin, vətəndaşların və iqtisadi iştirakçıların, ekosistem kimi qəbul etməsi vacibdir. İqtisadi davranışımız da bu prinsiplərə uyğun formalaşmalıdır. Bəzi hallarda sahəvi qurumların rəqabət siyasətinə dair yanaşmaları daha üstün ola bilər və bu, onların peşəkarlığı ilə bağlıdır. Bu, təbiidir və belə də olmalıdır. Lakin təhlükə ondan ibarətdir ki, sahəvi qurum eyni zamanda həm tənzimləyici, həm də bazar iştirakçısı funksiyasını yerinə yetirdiyi təqdirdə, bu, sistemli risk yaradan məqam ola bilər".


10 Avq 2026
Siyasət

Pakistan Azərbaycan səfirinin ikitərəfli münasibətlərin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirib

Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadovun iki ölkə arasında münasibətlərin daha da möhkəmləndirilməsinə verdiyi töhfəni yüksək qiymətləndirib.

10 Avq 2026
Siyasət

Prezident Ukrayna ilə imzalanmış sazişi təsdiqlədi

"Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Ukrayna Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Saziş" təsdiq edilib.

10 Avq 2026
Siyasət

Azərbaycanın bir sıra ölkələrdəki səfirləri dəyişdirildi

Azərbaycanın Polşa, İsveçrə, Niderland, Lixtenşteyn, Lüksemburq və Belçikadakı səfirləri geri çağırılıb, bəzilərinə yeni təyinat olub.

10 Avq 2026
Siyasət

Ceki Çan Azərbaycanla bağlı danışdı - FOTO

Macəra janrında çəkilən "Tanrının yaraqları: Ultimatum" filminin beynəlxalq yaradıcı heyəti Azərbaycanın paytaxtı Bakıda çəkilişlərin növbəti mərhələsinə başlayıb.

10 Avq 2026
Siyasət

Litvanın yeni baş naziri Azərbaycan Prezidentinə zəng etdi

Avqustun 10-da Litva Respublikasının Baş naziri Mindauqas Sinkeviçyus Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.