Mikayıl Cabbarov: "Hər bir sahədə ən azı iki ciddi rəqibin olması vacibdir"

Mikayıl Cabbarov: "Hər bir sahədə ən azı iki ciddi rəqibin olması vacibdir"
03 Okt 2025 11:43

"İqtisadiyyatda bu gün mövcud olmayan məhsul və xidmətlərin istehsalını təşviq etmək və onları bazara çıxarmaq əsas məqsədimizdir".

Oxu.Az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov II Milli Rəqabət Forumunda çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə hər bir sahədə ən azı iki ciddi rəqibin olması vacibdir:

"Azərbaycan kimi kiçik bazarlarda əsas çağırışlardan biri iqtisadiyyatın şaxələndirilməsi, yeni məhsul və xidmətlərin bazara gətirilməsidir.

Bazarda hər hansı məhsul və ya xidməti yalnız bir müəssisənin istehsal etməsi rəqabətə imkan vermir. Azı iki böyük oyunçunun olması vacibdir, lakin sağlam rəqabət mühitinin formalaşması üçün bu say daha çox olmalıdır.

Əsas məqsədimiz iqtisadiyyatda bu gün mövcud olmayan məhsul və xidmətlərin istehsalını təşviq etmək və onları bazara çıxarmaqdır

Bu istiqamətdə əsas məsələ həmin bazarların necə tənzimlənməsi və istehlakçı maraqlarının necə qorunması ilə bağlıdır. Bütün bu çağırışlar rəqabət siyasətinin və dövlətin tənzimləyici qurumlarının qarşısında duran mühüm vəzifələrdəndir".


6 Okt 2026
Cəmiyyət

Özbəkistanda Azərbaycan, Türkiyə və Özbəkistan xüsusi təyinatlılarının birgə təlimi keçirilib (FOTO)

Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının iştirakı ilə Özbəkistanda “Sonsuz qardaşlıq – V” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi keçirilib.

6 Okt 2026
Cəmiyyət

1870 tələbə ödənişsiz təhsil alacaq - DİM-dən açıqlama

2026-2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə keçirilmiş müsabiqənin nəticələrinə əsasən, müəyyən sayda dövlət sifarişli yerlər istifadə edilməmiş qalıb.

6 Okt 2026
Cəmiyyət

Kənd yumurtası bahalaşdı

Azərbaycanda kənd yumurtasının qiyməti bahalaşıb. Paytaxt və bölgə bazarlarında əvvəllər 20-30 qəpiyə satılan kənd yumurtasının qiyməti hazırda 40 qəpiyə çatıb.

6 Okt 2026
Cəmiyyət

Sabah Azərbaycanda intensiv yağış yağacaq - 07.10.2026

Azərbaycan ərazisində oktyabrın 6-da gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

6 Okt 2026
Cəmiyyət

Laçında daha üç su elektrik stansiyası tikilir (FOTO/VİDEO)

“AzərEnerji” tərəfindən Laçın rayonunda ümumi gücü 10,7 meqavat olan daha üç su elektrik stansiyası inşa edilir.