Mikayıl Cabbarov: "Qeyri-neft-qaz sektorunun ÜDM-də payı 70 faizə çatacaq"

Mikayıl Cabbarov: "Qeyri-neft-qaz sektorunun ÜDM-də payı 70 faizə çatacaq"
03 Okt 2025 11:08

"Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılmış islahatlar nəticəsində ölkəmizdə iqtisadi mühit təkmilləşib, sahibkarların rəqabət qabiliyyəti artıb, ölkənin beynəlxalq nüfuzu güclənib və xarici investisiyaların cəlbi üçün əlverişli şərait yaranıb. Avqustun 8-də ABŞ-də sülh sazişinin paraflanması bu prosesləri daha da sürətləndirir".

Oxu.Az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov II Milli Rəqabət Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, razılaşma tranzit əlaqələrinin güclənməsinə şərait yaradacaq, həmçinin, ölkə iqtisadiyyatına marağı artıracaq:

"Regional inteqrasiyanın güclənməsi ölkəmizin iqtisadi inkişafına, qeyri-neft sektorunun diversifikasiyasına və uzunmüddətli rəqabət qabiliyyətinin möhkəmlənməsinə mühüm töhfələr verəcək.

Ümumi daxili məhsulda qeyri-neft-qaz sektorunun payı 2021-2024-cü illərdə hər il orta hesabla 6.7% artıb və onun ümumi iqtisadiyyatda payı 68%-ə yüksəlib. Bu göstəricinin bu ilin sonuna 70%-ə çatacağını proqnozlaşdırırıq. Qeyri-neft ixracı son altı ildə demək olar ki, iki dəfə artıb.

2025-ci ilin 8 ayı ərzində özəl sektor tərəfindən qeyri-neft-qaz sektoruna investisiyalar 15% artıb. Bu sektorda əsas kapitala yönəldilən investisiyalar artaraq 8.2 milyard manat təşkil edib. Bu ilin yanvar-avqust aylarında əsas kapitala xarici mənbələrdən investisiyalar ötən ilin eyni dövrünə nisbətən 36% artıb".


20 May 2026
Cəmiyyət

WUF13-ün dördüncü gününə start verilir

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) dördüncü gününə start verilir.

19 May 2026
Cəmiyyət

Birinci sinfə qəbulu prosesi tamamlandı

Mayın 6-dan etibarən həyata keçirilən 2026-2027-ci tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi davam edir.

19 May 2026
Cəmiyyət

Bakıda KANAT YOLU da çəkiləcək

"Bakıda yaxın perspektivdə yeni nəqliyyat növlərinin, o cümlədən kanat yolu və tramvay xətlərinin yaradılması nəzərdə tutulur".

19 May 2026
Cəmiyyət

Azərbaycan əhalisinin sayı AÇIQLANDI

Ölkə əhalisinin sayı ilin əvvəlindən 5814 nəfər və ya 0,1 faiz artaraq 2026-cı il aprel ayının 1-i vəziyyətinə 10268165 nəfərə çatıb.

19 May 2026
Cəmiyyət

Gələn həftə 5 gün EVDƏYİK

Azərbaycanda gələn həftə uzunmüddətli istirahət günləri olacaq.