Antonio Koşta İlham Əliyevi təbrik etdi: "Əldə etdiyiniz sülh Avropa üçün önəmli andır"

Antonio Koşta İlham Əliyevi təbrik etdi: "Əldə etdiyiniz sülh Avropa üçün önəmli andır"
03 Okt 2025 10:03

Avropa İttifaqı Şurasının liderləri avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasına görə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik ediblər.

Oxu.Az bildirir ki, bu barədə "Haber Global" telekanalının Prezident İlham Əliyevin Kopenhagendə Avropa İttifaqı Şurasının sammitində iştirakına həsr olunmuş süjetdə bəhs edilir.

Bildirilir ki, Prezident İlham Əliyevin sammit çərçivəsində Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen ilə görüşü olub.

Azərbaycan Prezidentini təbrik edənlər arasında Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta da olub.

"Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın baş naziri Nikol Paşinyanı təbrik etmək istəyirəm. Əldə etdiyiniz sülh Avropa üçün önəmli andır" , - deyə o vurğulayıb.

Koşta Azərbaycan Prezidenti ilə keçirilən görüşün çox məhsuldar keçdiyinə diqqət çəkib.

Daha ətraflı süjetdə:

 


12 İyun 2026
Siyasət

Deputat: Ulu Öndərin Böyük Qayıdışı Azərbaycanın gələcək qələbəsinin başlanğıcı oldu

Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışı Zəfərimizin təməllərinin qoyulduğu Böyük Qayıdış hadisəsidir.

12 İyun 2026
Siyasət

Kamran Əliyev Nərimanov rayonunda vətəndaşları qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq prokurorluq orqanları tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılmaqla onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq tədbirlər görülür.

12 İyun 2026
Siyasət

Maliyyə naziri sosialyönlü xərclərin həcmini açıqlayıb

Hesabat ilində sosialyönlü xərclərin maliyyələşməsi üçün dövlət büdcəsi xərclərinin təxminən 40 faizi həcmində və ya 15,3 milyard manat vəsait istifadə olunub.

12 İyun 2026
Siyasət

Milli Məclisin növbədənkənar sessiyasının iclası başlayıb

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb.

12 İyun 2026
Siyasət

Azərbaycan Rusiyanı təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya Federasiyasını Rusiya Günü münasibətilə təbrik edib.