Bu gün Ağdərə rayonunun Suqovuşan kəndinin işğaldan azad edilməsindən 5 il ötür.
Oxu.Az xatırladır ki, 2020-ci il oktyabrın 3-də Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad edilməsi uğrunda yeni tarix yazır - bir neçə ərazimiz işğaldan azad edilir.
Prezident İlham Əliyev özünün "X" səhifəsində Azərbaycan Ordusunun Madagizi işğaldan azad etdiyini və həmin ərazilərdə Azərbaycan bayrağının qaldırıldığını açıqlayır. Həmçinin, İlham Əliyevin verdiyi qərara əsasən, Madagizin tarixi adı olan Suqovuşan adı yenidən bərpa edilir.
Azərbaycan Ordusu gün ərzində, həmçinin, Tərtər rayonunun Talış, Cəbrayılın Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, Füzulinin isə Aşağı Əbdürrəhmanlı kəndini tamamilə işğaldan azad edir.
Bu ilin yanvar-may aylarında Azərbaycandan İran İslam Respublikasına 3,076 milyon ABŞ dolları dəyərində 45,703 milyon kubmetr təbii qaz (qaz halında) ixrac edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə təbrik məktubu göndərib.
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gəncədə təlim keçmiş ispan pilotların tarixindən bəhs edən sənədli filmi paylaşıb.