VII Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin yekunları elan olunub

VII Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin yekunları elan olunub
03 Okt 2025 09:58

Oktyabrın 2-də VII Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin yekunlarına həsr edilmiş təntənəli mərasim keçirilib.

Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, tədbirdə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva da iştirak edib.

2013-cü ildən etibarən artıq 7-ci dəfədir ki, Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin keçirildiyini deyən Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə ilk müsabiqədə 20 ölkədən 100-dən çox layihənin təqdim olunduğunu xatırladıb. O, fikirlərinə belə davam edib: "Bu ənənəni davam etdirməyi qərara aldıq və hər iki ildən bir təkrarladıq. Müsabiqədə iştirak edənlərin sayı ildən-ilə artırdı. Budəfəki müsabiqədə 40-a yaxın ölkədən 270 layihə təqdim olunub. Bu müsabiqə Beynəlxalq Memarlar İttifaqının 5 ən nüfuzlu müsabiqələrindən biridir. Münsiflər heyəti hər zaman 5 nəfərdən ibarət olub. Onlardan 4-ü Beynəlxalq Memarlar İttifaqı səviyyəsində tanınmış və təqdim olunmuş xarici ekspertlərdir. Yeddi nominasiya üzrə keçirilən müsabiqə kifayət qədər mötəbərdir".

Mədəniyyət naziri Adil Kərimli Bakı Beynəlxalq Memarlıq Müsabiqəsi çərçivəsində dünyanın bir çox tanınmış memarlarının iki ildən bir paytaxtımızda toplaşaraq ən vacib məsələlərin həllində birgə iştirak etdiklərini və bu sahənin inkişafına öz töhfələrini verdiklərini bildirib.

"Prezident İlham Əliyev memarlığın inkişafına dayanıqlı və hərtərəfli dəstək göstərir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyətinin hamisidir. Mehriban xanım Əliyeva mədəniyyətin vacib sahələrindən biri kimi memarlığa da xüsusi diqqət yetirir, mədəni irsin qorunması, bərpası və onun gələcək nəsillərə çatdırılması işinə öz töhfəsini verir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu xanım Əliyeva da mədəniyyət sahəsində layihələri həm yaxından dəstəkləyir, həm də bütövlükdə mədəniyyət xadimlərinin, memarların ən yaxın dostlarıdırlar", - deyə nazir qeyd edib.

Sonra müsabiqənin münsiflər heyətinin üzvləri Azərbaycan Memarlar İttifaqının ali mükafatı - akademik Mikayıl Hüseynov xatirə medalı ilə təltif olunublar.

Daha sonra müsabiqənin yekunları elan olunub. Hər nominasiya üzrə üç yerin qalibi təltif edilib.

Tədbir bədii hissə ilə davam edib.




14 Fev 2026
Siyasət

"Haber Global": "Azərbaycan Prezidenti İlham Əliyevdən gərgin diplomatik fəaliyyət"

Türkiyənin "Haber Global" telekanalı Azərbaycan Prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında iştirakından süjet hazırlayıb.

14 Fev 2026
Siyasət

Sahil Babayev: Belqrad–Bakı marşrutu üzrə birbaşa uçuşlar iqtisadi əlaqələri intensivləşdirəcək

Azərbaycan Serbiyanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verən etibarlı tərəfdaşdır.

14 Fev 2026
Siyasət

Ceyhun Bayramov Münhen Təhlükəsizlik Konfransında Orta Dəhlizlə bağlı panel müzakirələrində çıxış edib

Fevralın 13-də xarici işlər naziri Ceyhun Bayramov Münhen Təhlükəsizlik Konfransı çərçivəsində "Avrasiyanın Strateji Nizamının Müəyyənləşdirilməsi: Orta Dəhliz - Sabitlik, Sülh, Təhlükəsizlik və Bağlantılar üzrə Avropa Təhlükəsizlik Gündəliyi" mövzusunda panel müzakirələrində çıxış edib. Paneldə, həmçinin Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odile Reno-Basso çıxış ediblər.

14 Fev 2026
Siyasət

Prezident İlham Əliyev Münhendə "Oracle" korporasiyasının baş icraçı direktoru ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Münhendə dünyada ən böyük proqram təminatı və bulud texnologiyaları şirkətlərindən biri olan ABŞ-nin "Oracle" korporasiyasının baş icraçı direktoru Mayk Sisiliya ilə görüşüb.

14 Fev 2026
Siyasət

Prezident İlham Əliyev Münhendə Azərbaycan jurnalistlərinə müsahibə verib - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Münhendə Azərbaycan telekanallarına müsahibə verib.