Avropa İttifaqı Şurasının Prezidenti Antoniu Koşta Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanı tarixi sülhə nail olmaları münasibətilə təbrik edib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "X" hesabında paylaşıb.
Onun paylaşımında bildirilir ki, Antoniu Koşta Danimarkanın paytaxtı Kopenhagendə keçirilən "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısında çıxışı zamanı hər iki lideri sülh prosesindəki tarixi roluna görə təbrik edib.
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
Azərbaycan desantları Türkiyənin Konya şəhərində keçirilən "Anatolian Phoenix - 2026" ("Anadolu Ankası - 2026") beynəlxalq axtarış-xilasetmə təlimində şərti terrorçunu zərərsizləşdirib və qrup rəhbərini ələ keçirib.