Azərbaycan Prezidenti İlham Əliyevin İtaliya Prezidenti Sercio Mattarella ilə geniş tərkibdə görüşü keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin İtaliya Prezidenti Sercio Mattarella ilə geniş tərkibdə görüşü keçirilib
01 Okt 2025 09:15

Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə geniş tərkibdə görüşü olub.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev deyib:

-Hörmətli cənab Prezident.

Hörmətli qonaqlar.

Sizi səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Sizin səfərinizə biz çox böyük əhəmiyyət veririk. Bu, İtaliya ilə Azərbaycan arasındakı dostluq, tərəfdaşlıq əlaqələrinin təzahürüdür.

Biz Sizinlə tez-tez görüşürük Romada və eyni zamanda, bu, Sizin Azərbaycana ikinci rəsmi səfərinizdir. Keçən il Sizinlə görüş zamanı mən Sizi Azərbaycana dəvət etmişəm və təşəkkür edirəm ki, dəvətimi qəbul etmisiniz. Bu gün İtaliya-Azərbaycan əlaqələrinin inkişafı göz qabağındadır. Biz artıq bir neçə vacib məsələni müzakirə etmişik. Bizim əməkdaşlığımız çoxşaxəlidir, demək olar ki, bir çox sahələri əhatə edir, energetikadan başlamış sənaye istehsalına qədər. Hazırda təhsil sektorunu da əhatə edən əməkdaşlıq doğrudan da strateji əhəmiyyət daşıyır və beş il bundan əvvəl imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə deyə bilərəm ki, tam icra edilir.

Bizim əlaqələrimiz, eyni zamanda, yerləşdiyimiz bölgənin inkişafı üçün də önəmlidir, bizim Avropa İttifaqı ilə əlaqələrimizə müsbət təsir göstərir. İtaliya həmişə bizim Avropa İttifaqı ilə daha sıx münasibətlərin qurulmasına öz dəstəyini vermişdir və biz buna görə Sizə minnətdarıq.

Təbii ki, energetika sahəsində bir çox əhəmiyyətli nəticələr var. Bu barədə biz artıq danışmışıq. İndi geniş tərkibdə bu müzakirəni davam etdirəcəyik. Nəticələrlə bağlı, əlbəttə ki, bir-birimizi haqlı olaraq təbrik edə bilərik. Amma bizim planlarımız daha genişdir. Həm İtaliya ilə ikitərəfli formatda, həm Avropa İttifaqı ilə bütövlükdə energetika sahəsində yeni layihələrin həyata keçirilməsi məsələləri çox vacibdir və biz bu məsələlər üzərində uğurla çalışırıq.

Sabah da çox gözəl tədbir olacaq - biz İtaliya-Azərbaycan Universitetinin yeni binasının açılışında birlikdə iştirak edəcəyik. Bu, əslində, bizim bir dostluq layihəmizdir və layihənin başlamasından icrasına qədər cəmi üç il vaxt keçib. 2022-ci ildə mənim tərəfimdən müvafiq Sərəncam verilmişdir və artıq yüzlərlə tələbə təhsilə cəlb edilib. Əlbəttə ki, onlar İtaliya-Azərbaycan dostluğunun elçiləri olacaqlar. Həm gözəl təhsil alacaq, həm də ki, bizim aramızdakı dostluğu daha da möhkəmləndirəcəklər.

Bir daha Sizi salamlayıram və bir daha "Xoş gəlmisiniz!" deyirəm.

 

 

X X X

İtaliya Prezidenti Sercio Mattarella çıxış edərək deyib:

-Cənab Prezident, Sizə təşəkkür edirəm. Bizim görüşümüzdə qeyd etdiyim kimi, mən yenidən Bakıda olmağımdan məmnunluq duyuram. Sizi 7 ildən sonra yenidən Bakıda görməkdən doğrudan da çox məmnunam. Bu, ölkələrimizi, çoxşaxəli strateji tərəfdaşlığımızı birləşdirən dərin dostluğun təsdiqidir.

Sizin Romaya səfəriniz də dostluq əlaqələrimizin bir daha bariz nümunəsidir. Biz xüsusilə də ölkələrimiz arasındakı strateji tərəfdaşlığa mühüm dəyər veririk. Bu münasibətlər getdikcə daha da inkişaf edir və bir çox sahələri əhatə edir, gələcək üçün də çox böyük əhəmiyyətə malikdir.

Sabah Sizinlə birlikdə universitetin yeni kampusunun açılışında iştirak etmək mənim üçün böyük bir şərəfdir. Bu, bir daha onu sübut edir ki, ölkələrimiz arasındakı tərəfdaşlıq yalnız iqtisadi sahə ilə məhdudlaşmır. Bu, həmçinin bizim mədəni əlaqələrimizin də yüksək səviyyədə olduğunun və gələcəkdə gənclərimizin əməkdaşlığı üçün daha yeni üfüqlər açmasının nümunəsidir.

Mən Sizə dəvətinizə görə dərin təşəkkürümü bildirirəm. Bu, eyni zamanda, gələcəkdə yeni görüşlərimizin bir vəsiləsidir.


6 Mar 2026
Siyasət

Arzu Əliyeva Bakı Ali Neft Məktəbində olub - FOTO

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Bakı Ali Neft Məktəbində olub.

6 Mar 2026
Siyasət

Ceyhun Bayramov: "Azərbaycan və Moldova arasında siyasi məsləhətləşmələr keçiriləcək"

"2026-cı ilin ikinci yarısında Azərbaycan və Moldova arasında siyasi məsləhətləşmələr keçiriləcək".

6 Mar 2026
Siyasət

Şahbaz Şərif İlham Əliyevə zəng etdi, İranın Azərbaycana hücumunu qınadı

Martın 6-da Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

6 Mar 2026
Siyasət

Ceyhun Bayramov: "İranın Naxçıvana PUA hücumu ciddi narahatlıq doğurur"

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Moldovanın baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi arasında geniştərkibli görüş keçirilib.

6 Mar 2026
Siyasət

Leyla Əliyeva Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olub

Leyla Əliyeva Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) olub.