Avarçəkmə üzrə Azərbaycan çempionatı başa çatıb

Avarçəkmə üzrə Azərbaycan çempionatı başa çatıb
03 Sent 2025 15:34

Avarçəkmə üzrə Azərbaycan çempionatı başa çatıb.  

Bu barədə "Report"a Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) mətbuat xidmətindən bildirlib.

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı əsasında keçirilən avarçəkmə üzrə Azərbaycan çempionatına yekun vurulub.  

Avarçəkənlər turnirin ikinci günündə akademik, kayak və kanoe növlərində 7 dəst medal uğrunda mübarizə aparıblar. 

Qaliblər diplom və medallarla mükafatlandırılıblar.  Yarışda fərqlənən avarçəkənlər sentyabr və oktyabrda ölkəmizdə keçiriləcək MDB Oyunlarında mübarizə aparacaqlar. 

Xatırladaq ki, MDB Oyunlarında  avarçəkmə yarışları "Kür" Olimpiya Tədris-İdman Mərkəzində baş tutacaq. Azərbaycan çempionatı həm də MDB oyunlarına hazırlıq və test xarakteri daşıyıb.


11 Sent 2026
İdman

Həftəsonu keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASI

Bu həftəsonu Avropanın bir çox yaşıl meydanları maraqlı futbol oyunlarına ev sahibliyi edəcək.

9 Sent 2026
İdman

Azərbaycan ağırlıqqaldıranı tələbələr arasında dünya çempionu oldu

Azərbaycanlı atlet Tehran Məmmədov Qətərin paytaxtı Dohada keçirilən tələbələr arasında keçirilən dünya çempionatının qalibi olub.

7 Sent 2026
İdman

Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq

Çempionlar Liqasının əsas mərhələsinin 1-ci turunun bu həftə keçiriləcək bütün oyunlarından əvvəl Nepalda daşqınlar nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

4 Sent 2026
İdman

Azərbaycan parataekvondoçusu Muju Qran-Prisinin qalibi olub

Azərbaycanın parataekvondoçusu Sabir Zeynalov (58 kq) Cənubi Koreyanın Muju şəhərində keçirilən Qran-pri turnirinin qalibi olub.

4 Sent 2026
İdman

Ayxan Mirzəzadə Avropa çempionu oldu

Azərbaycan cüdoçusu Ayxan Mirzəzadə Monteneqronun paytaxtı Podqoritsada keçirilən gənclər arasında Avropa çempionatının qızıl medalını qazanıb.