Sabah Türkiyənin İzmir şəhərində Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın iştirakı ilə Azərbaycan-Türkiyə 4-cü Enerji Forumu keçiriləcək.
"Report" Energetika Nazirliyinə istinadən xəbər verir ki, forumda karbohidrogen və neft-kimya, bərpa olunan enerji, enerji səmərəliliyi, tənzimləmə, mədənçilik və digər istiqamətlər üzrə müzakirələrin aparılması və protokolun imzalanması nəzərdə tutulur.
Forum çərçivəsində, həmçinin SOCAR Əliağa terminalına səfər planlaşdırılır.
Qeyd edək ki, Azərbaycan-Türkiyə Enerji Forumu iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində strateji enerji əməkdaşlığının daha da möhkəmləndirilməsi məqsədilə yaradılıb. İlk Forum 2021-ci il 21-22 dekabr tarixlərində Bakı şəhərində, 2-ci Forum 2022-ci il 5-6 oktyabr tarixlərində İstanbul şəhərində, 3-cü Forum isə 2023-cü il 28-29 sentyabr tarixlərində Naxçıvan şəhərində keçirilib.
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gəncədə təlim keçmiş ispan pilotların tarixindən bəhs edən sənədli filmi paylaşıb.
Azərbaycan Mərkəzi Bankı (AMB) və Çinin "UnionPay" beynəlxalq ödəniş sistemi arasında QR kod əsaslı ödəniş həllərinin inkişafı müzakirə edilib.
Azərbaycan və Rusiya arasında nəqliyyat və ticarət əməkdaşlığı, eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.