Çimərlik voleybolu üzrə "Sea Breeze Cup" turnirinin qalibləri bəlli olub

Çimərlik voleybolu üzrə "Sea Breeze Cup" turnirinin qalibləri bəlli olub
03 Sent 2025 13:40

Azərbaycan Voleybol Federasiyası (AVF) və "Sea Breeze Resort"un birgə təşkilatçılığı ilə keçirilən çimərlik voleybolu üzrə "Sea Breeze Cup" turnirinin qalibləri bəlli olub.

Bu barədə "Report"a federasiyadan məlumat verilib.

Yarışda 6 kişi və 6 qadın komandası mübarizə aparıb. Olimpiya sistemi üzrə keçirilən turnirdə günün birinci yarısında ilkin mərhələ, ikinci yarısında isə mükafatlar uğrunda oyunlar baş tutub.  

Qadınların yarışında bürünc medal uğrunda "Milli U-18" (Xədicə Hadızadə/Cəmilə Bəşirova) və "Azərreyl" (Nərmin Səmədzadə/ Feyza Bolat), finalda isə "Milli" (Fidan Əhmədxanova/Səbinə Əlizadə) və Larisa Smeltsova/Lizi Latsabitze cütü üz-üzə gəliblər.

Kişilərin yarışında isə bürünc medal uğrunda "Djevo Team" (Heydər Məmmədli/Fərda Dəryayev) və "Alışar" (Məhəmməd Qurbanov/ Samir İbrahimov)  komandaları, qızıl medal uğrunda isə "Azərreyl" (Tural Əsgərov/Nəriman Bayramlı) və "Milli" (Məhəmməd Aslanlı/İbrahim Məmmədov) komandaları qarşılaşıblar. 

Gərgin və maraqlı mübarizə şəraitində keçən oyunların nəticəsinə əsasən, qadınların yarışında "Milli U-18" (Xədicə Hadızadə/Cəmilə Bəşirova) komandası bürünc, Larisa Smeltsova/Lizi Latsabitze cütü gümüş, "Milli" (Fidan Əhmədxanova/Səbinə Əlizadə) komandası isə qızıl medalların sahibi olub. 

Kişilərin yarışında isə bürünc medalı "Djevo Team" (Heydər Məmmədli/Fərda Dəryayev), gümüş medalı "Azərreyl" (Tural Əsgərov/Nəriman Bayramlı), qızıl medalı isə "Milli" (Məhəmməd Aslanlı/İbrahim Məmmədov) komandası qazanıb. 

Oyunlardan sonra mükafatlandırma və bağlanış mərasimi keçirilib. Qalib və mükafatçılara kuboklar, medallar təqdim olunub.

Mükafatları AVF-nin prezidenti Şahin Bağırov, vitse-prezident Bəhruz Quliyev, baş katib Faiq Orucov və İdarə Heyətinin üzvü Elqar Bağırov təqdim ediblər.

Qeyd edək ki, turnir müddətində azarkeşlər arasında viktorinalar keçirilib, qaliblərə müxtəlif hədiyyələr verilib.

 

 


10 Avq 2026
Dünya

7.4 maqnitudalı zəlzələ Kolumbiyanı silkələdi - VİDEO

Kolumbiya ərazisində 7.4 maqnitudalı yeraltı təkanlar baş verib.

10 Avq 2026
Dünya

Bolqarıstanda silah zavodunda partlayış olub

Bolqarıstanda silah zavodunun sursat anbarında güclü partlayış baş verib.

10 Avq 2026
Dünya

Moldova Rusiyadakı səfirini geri çağırdı

Moldova Xarici İşlər Nazirliyi ölkə ərazisinə PUA-nın düşməsi ilə bağlı Rusiyadakı səfiri Lilian Dariyi məsləhətləşmələr üçün geri çağırıb.

10 Avq 2026
Dünya

Filippində təbii fəlakət 12 nəfərin həyatına son qoydu - VİDEO

Filippində təbii fəlakət nəticəsində ən azı 12 nəfər həyatını itirib, daha səkkiz nəfərin taleyi isə hələlik məlum deyil. Faciəyə aramsız musson yağışlarının səbəb olduğu güclü torpaq sürüşmələri və genişmiqyaslı subasmalar yol açıb.

10 Avq 2026
Dünya

Valyuta məzənnələri onlayn

Bu gün üçün ən yaxşı valyuta məzənnələri. Azərbaycanın banklarında onlayn rejimdə sərfəli valyuta məzənnələri.