Şanlıurfada (Türkiyə) sərnişin avtobusu Şanlıurfa-Qaziantep yolunda aşıb.
"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə nəticəsində 27 nəfər yaralanıb.
Məlumata görə, qəza sürücünün idarəetməni itirməsi səbəbindən baş verib.
Xəsarət alanlara ilkin tibbi yardım göstərildikdən sonra onlar Şanlıurfa və Nizip xəstəxanalarına çatdırılıblar.
Vandan Hataya gedən avtobusda sürücü də daxil olmaqla 43 nəfər olub.
Qəzanın başvermə səbəbləri araşdırılır.
İran 22-ci raket hücumu dalğasında Fars körfəzindəki ABŞ hərbi bazalarına, Təl-Əviv, Hayfa və Ben-Qurion hava limanındakı İsrail ordusunun obyektlərinə hücum edib.
ABŞ və İsrailin İran ərazisinə endirdiyi zərbələr nəticəsində mülki şəxslər arasında ölənlərin sayı 1 332 nəfərə çatıb.
Yaxın Şərqdəki münaqişənin daha da kəskinləşməsi fonunda qızılın və gümüşün qiyməti yenidən yüksəlib.