Sabah 37 dərəcə isti olacaq - 04.09.2025

Sabah 37 dərəcə isti olacaq - 04.09.2025
03 Sent 2025 13:03

Azərbaycan ərazisində sentyabrın 4-də gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi axşam mülayimləşəcək.

Havanın temperaturu gecə 20-24, gündüz 28-31 dərəcə isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75%, gündüz 50-55% təşkil edəcək.

Azərbaycanın əksər rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimalı var. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 32-37, dağlarda gecə 13-18, gündüz 20-25 dərəcə isti olacaq.


11 Apr 2026
Cəmiyyət

Sabah 15 dərəcə isti olacaq - 12.04.2026

Azərbaycanda aprelin 12-də gözlənilən hava şəraiti açıqlanıb.

11 Apr 2026
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb - SON QİYMƏT

Dünya bazarında "Azeri Light" markalı neftin qiyməti azalıb.

10 Apr 2026
Cəmiyyət

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi başlayır

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi başlayır.

10 Apr 2026
Cəmiyyət

Məktəbəhazırlıq qrupları üzrə şagird yerdəyişməsi dayandırılır

Aprelin 13-ü saat 18:00-dan etibarən uşaqların birinci sinfə qəbulu prosesinə hazırlıq məqsədilə məktəbəhazırlıq qrupları üzrə şagirdlərin yerdəyişməsi prosesi dayandırılır.