3 sentyabr tarixindən etibarən Rusiya buğdasının ixrac rüsumu hər ton üçün 134,4 rubl təşkil edir, bu da bir həftə əvvəlki 32,1 rubl ilə müqayisədə 4,2 dəfə çoxdur.
"Report"un "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Arpa və qarğıdalı üzrə rüsum dərəcələri isə sıfır olaraq qalıb.
Rüsumlar bu indikativ qiymətlər əsasında hesablanıb: buğda – tonuna görə 225,9 dollar (əvvəlki dövr – 225,2 dollar), arpa – 203 dollar (203,8), qarğıdalı – 216,9 dollar (218,8).
Kolumbiya ərazisində 7.4 maqnitudalı yeraltı təkanlar baş verib.
Bolqarıstanda silah zavodunun sursat anbarında güclü partlayış baş verib.
Moldova Xarici İşlər Nazirliyi ölkə ərazisinə PUA-nın düşməsi ilə bağlı Rusiyadakı səfiri Lilian Dariyi məsləhətləşmələr üçün geri çağırıb.
Filippində təbii fəlakət nəticəsində ən azı 12 nəfər həyatını itirib, daha səkkiz nəfərin taleyi isə hələlik məlum deyil. Faciəyə aramsız musson yağışlarının səbəb olduğu güclü torpaq sürüşmələri və genişmiqyaslı subasmalar yol açıb.