Qızılın qiyməti tarixi maksimumu yeniləyib

Qızılın qiyməti tarixi maksimumu yeniləyib
03 Sent 2025 09:55

Qızıl füçerslərinin qiyməti bir Trua unsiyası üçün 3 600 dollara çataraq, tarixi maksimumu yeniləyib.

Oxu.Az xəbər verir ki, bu barədə "Comex" birjasının (Nyu-York əmtəə birjasının bölməsi) məlumatında deyilir.

Bakı vaxtı ilə saat 23:20-yə olan məlumata görə, qiymətli metalın qiyməti 1 Trua unsiyası üçün 3 600.3 dollar (+0.99%) təşkil edib.

Eyni zamanda, Bakı vaxtı ilə saat 23:27-yə olan məlumata görə isə qızılın qiyməti bir unsiya üçün 3 598 dollara (+0.93%) düşüb.

02 sentyabr, 10:56

"Comex" birjasında (Nyu-York əmtəə birjasının bölməsi) 2025-ci ilin dekabrında tədarük olunacaq qızılın füçerslərinin qiyməti tarixi maksimuma çatıb və bir Trua unsiyası üçün 3 578 dolları ötüb.

Oxu.Az xəbər verir ki, bu barədə ticarət platformasının məlumatında bildirilir.

Bakı vaxtı ilə saat 05:47-yə olan məlumata görə, qızılın qiyməti 1 Trua unsiyası üçün 3 578.4 dollar (+0.92%) təşkil edib.

Bakı vaxtı ilə saat 09:30-da qızılın qiyməti artımını ləngitərək bir unsiya üçün 3563.8 dollara (+0.51%) düşüb.


11 Sent 2026
Dünya

İndoneziyada güclü zəlzələ oldu

İndoneziyanın Maluku şəhərində 6,2 bal gücündə zəlzələ baş verib.

11 Sent 2026
Dünya

Qazaxıstan Avroviziya mahnı müsabiqəsinə buraxılmadı

Avropa Yayım Birliyi (EBU) Qazaxıstanın “Xabar” agentliyinin tamhüquqlu üzvlük üçün müraciətini rədd edib. Bu üzvlük ölkəyə “Avroviziya-2027” mahnı müsabiqəsində ümumi qaydalar əsasında iştirak etmək imkanı verə bilərdi.

10 Sent 2026
Dünya

Çində gəmi yanğını faciəsi: Ölənlərin sayı 25-ə yüksəldi - VİDEO

ÇXR-də təmirdə olan xarici gəmidə baş verən yanğın nəticəsində 25 nəfər həyatını itirib.

10 Sent 2026
Dünya

Peruda zəlzələ baş verib

Perunun şimal-qərbində 5.4 bal gücündə zəlzələ baş verib.

10 Sent 2026
Dünya

Nepalda ölənlərin sayı 1374-ə çatdı

Nepalın Çinlə sərhəd ərazisində baş verən güclü torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 1374 nəfərə çatıb.