İlham Əliyev Tiencin şəhərində "China National Chemical Engineering" şirkətinin sədri ilə görüşüb

İlham Əliyev Tiencin şəhərində "China National Chemical Engineering" şirkətinin sədri ilə görüşüb
03 Sent 2025 09:22

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Çinin Tiencin şəhərində "China National Chemical Engineering" (CNCEC) şirkətinin sədri Mo Dinqqı ilə görüşüb.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı Azərbaycanla şirkət arasında neft-kimya sənayesi, neft emalı fəaliyyəti və neft-kimya məhsullarının istehsalı sahələrində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı.

"China National Chemical Engineering" (CNCEC) şirkətinin sədri Azərbaycanda əlverişli investisiya mühitinin olduğunu qeyd etdi.

Sonda Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə Çinin Milli Kimya Mühəndisliyi və Tikinti Korporasiyası "Seven LTD" arasında imzalanmış Çərçivə Sazişinin dövlətimizin başçısının və şirkətin sədrinin iştirakı ilə mübadiləsi oldu. Sənəd Azərbaycanda və üçüncü ölkələrdə birgə layihələrin icrasını nəzərdə tutur.

 

 

 

 


20 İyul 2026
Siyasət

Sabah çimərliklərdə hava necə olacaq?

İyulun 21-də Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

20 İyul 2026
Siyasət

Beş ayda İran Azərbaycandan 3,1 milyon dollarlıq təbii qaz idxal edib

Bu ilin yanvar-may aylarında Azərbaycandan İran İslam Respublikasına 3,076 milyon ABŞ dolları dəyərində 45,703 milyon kubmetr təbii qaz (qaz halında) ixrac edilib.

20 İyul 2026
Siyasət

İlham Əliyev Dünya Kubokunu qazanan İspaniyanın kralını təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə təbrik məktubu göndərib.

20 İyul 2026
Siyasət

Hikmət Hacıyev Gəncədəki ispan pilotların unudulmuş tarixinə diqqət çəkdi - VİDEO

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gəncədə təlim keçmiş ispan pilotların tarixindən bəhs edən sənədli filmi paylaşıb.

17 İyul 2026
Siyasət

Azərbaycan və Çin QR kod əsaslı ödəniş həllərinin inkişafını müzakirə ediblər

Azərbaycan Mərkəzi Bankı (AMB) və Çinin "UnionPay" beynəlxalq ödəniş sistemi arasında QR kod əsaslı ödəniş həllərinin inkişafı müzakirə edilib.