Çin Mərkəzi Televiziyası - CCTV sentyabrın 1-də Tiencin şəhərində "Şanxay Əməkdaşlıq Təşkilatı plyus" formatında keçirilən görüşdə iştirak edən dövlət və hökumət başçılarının xanımlarının Hayha çayında gəmi gəzintisi ilə bağlı reportaj yayımlayıb.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, reportajda Çin Xalq Respublikasının birinci xanımı Pen Liyuanın Sammitin iştirakçısı olan xarici ölkə liderlərinin xanımlarını Tiencin şəhərində çayda gəzintiyə dəvət etdiyi diqqətə çatdırılıb.
Bildirilib ki, gəmi gəzintisi zamanı qonaqlar Tiencinin tarixi və inkişafı barədə ətraflı məlumat əldə ediblər.
Reportajda Pen Liyuanın və qonaqların sahil mənzərələrinə tamaşa etdikləri, ənənəvi üçsimli musiqi alətinin ifasını dinlədikləri, səmimi söhbətlər apardıqları və göyərtədə xatirə şəkli çəkdirdikləri xüsusi qeyd olunub. Diqqətə çatdırılıb ki, qonaqlar Çinin ənənəvi mədəniyyətini və müasir inkişafını yüksək qiymətləndiriblər.
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gəncədə təlim keçmiş ispan pilotların tarixindən bəhs edən sənədli filmi paylaşıb.
Azərbaycan Mərkəzi Bankı (AMB) və Çinin "UnionPay" beynəlxalq ödəniş sistemi arasında QR kod əsaslı ödəniş həllərinin inkişafı müzakirə edilib.
Azərbaycan və Rusiya arasında nəqliyyat və ticarət əməkdaşlığı, eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.