Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Sammiti çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşüb.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, liderlər Azərbaycan-Ermənistan sülh gündəliyini müzakirə edərək, konstruktiv dialoqun, qarşılıqlı etimadın və regional sabitliyin əhəmiyyətini vurğulayıblar. Hər iki lider sülhün və normallaşma prosesinin irəlilədilməsinə dair beynəlxalq dəstəyi bir daha təsdiqləyən son Vaşinqton Sammiti zamanı əldə edilən müsbət dinamikanı qeyd ediblər.
Tərəflər təmasları davam etdirmək barədə razılığa gəliblər.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ-ın sülh missiyaları üzrə xüsusi nümayəndəsinin baş müşaviri Arye Laytstounu qəbul edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Biznes, İnnovasiya, Elm və Ticarət Nazirliyinin Ticarət üzrə dövlət naziri, Birgə Hökumətlərarası Komissiyanın həmsədri Lord Anas Sarvarı qəbul edib.
Azərbaycanı inkişaf etməkdə olan kiçik ada dövlətlərindən minlərlə kilometr məsafə ayırsa da, bizi iqlim dəyişmələrinə dayanıqlılığı artırmaq üçün ortaq qətiyyət birləşdirir".
"Biz COP29 sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik və onların problemlərini beynəlxalq aləmin diqqət mərkəzində saxlamağa çalışdıq".