Azərbaycan Prezidenti slovakiyalı həmkarını təbrik edib

Azərbaycan Prezidenti slovakiyalı həmkarını təbrik edib
01 Sent 2025 11:58

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Slovakiya Respublikasının Prezidenti Peter Pelleqriniyə təbrik məktubu ünvanlayıb.

Oxu.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab prezident, ölkənizin milli bayramı - Konstitusiya Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ölkələrimizi və xalqlarımızı birləşdirən dostluq və əməkdaşlıq münasibətləri bizim üçün əhəmiyyətlidir. Azərbaycan-Slovakiya əlaqələrinin hazırkı inkişaf dinamikası məmnunluq doğurur. Tərəfdaşlığımızın prioritet istiqamətlərindən olan enerji sektorunda uğurlu işbirliyimizi xüsusi qeyd etmək istərdim.

Bu gün Azərbaycan-Slovakiya əməkdaşlığının bir sıra sahələrdə genişlənməsi və yeni məzmunla zənginləşməsi üçün yaxşı imkanlar vardır. Əminəm ki, bu potensialdan tam bəhrələnərək və mövcud imkanlardan istifadə edərək birgə səylərimizlə dostluq münasibətlərimizin inkişafına, qarşılıqlı fəaliyyətimizin daha da dərinləşməsinə nail ola bilərik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Slovakiya xalqına daim əmin-amanlıq və rifah arzulayıram".


13 Apr 2026
Siyasət

Paytaxtın bir çox küçələrində sıxlıq müşahidə olunur - FOTO - 13.04.2026

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

11 Apr 2026
Siyasət

Hərbçilərimizin Türkiyədə təlimi davam edir - VİDEO

Azərbaycan desantları Türkiyənin Konya şəhərində keçirilən "Anatolian Phoenix - 2026" ("Anadolu Ankası - 2026") beynəlxalq axtarış-xilasetmə təlimində şərti terrorçunu zərərsizləşdirib və qrup rəhbərini ələ keçirib.

11 Apr 2026
Siyasət

Azərbaycanla Çin arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti ölkələr arasında hərbi sahədə əlaqələrin genişləndirilməsi məqsədilə Çinə səfər edib.