Avqustun 31-də "Tianjin Meijiang" Beynəlxalq konqres və sərgi mərkəzində Çin Xalq Respublikasının Sədri Si Cinpin və birinci xanım Pen Liyuanın adından dövlət və hökumət başçıları və xanımlarının şərəfinə ziyafət verilib, konsert proqramı təqdim olunub.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Çin Xalq Respublikasının Sədri Si Cinpin və birinci xanım Pen Liyuan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı qarşılayıblar.
Sonra dövlət və hökumət başçıları və xanımları birgə foto çəkdiriblər.
"Azərbaycanda dost dövlətlərlə birgə investisiya platformalarının yaradılması təcrübəsi planauyğun şəkildə inkişaf edir".
Azərbaycanın iqtisadiyyatında şaxələndirmə prioritet olaraq qalır və qeyri-neft sektorunda ciddi artım müşahidə olunur.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.