Tailand atəşkəs elan edildikdən sonra Sisaket əyalətinin sərhəd bölgəsində baş verən hərbi toqquşma nəticəsində təslim olan 18 hərbçini avqustun 1-də Kambocaya təhvil verəcək.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "The Nation" qəzeti məlumat verir.
Məlumata görə, Kamboca əsgərləri avqustun 1-i səhər saatlarında evlərinə qayıdacaqlar. Qeyd olunur ki, hərbi əsirlərdən birinə qol sınığı diaqnozu qoyulub, digəri isə əsəb pozğunluğu keçirib. Nəşrin qeyd etdiyi kimi, Tailand ordusu kambocalılarla Cenevrə Konvensiyasının hərbi əsirlərlə rəftar üzrə normalarına uyğun davranıb.
Xatırladaq ki, iyulun 24-də səhər saatlarında Kamboca-Tailand sərhədində, Oddar-Miençey əyalətindəki mübahisəli sərhəd zonası yaxınlığında silahlı toqquşmalar baş verib.
İyulun 28-də Malayziyanın Baş naziri Ənvər İbrahim Asiya ölkələri arasında atəşkəs əldə olunduğunu elan edib. Atəşkəs iyulun 29-da saat 00:00-da (Bakı vaxtı ilə iyulun 28-də saat 21:00) qüvvəyə minib.
İran 22-ci raket hücumu dalğasında Fars körfəzindəki ABŞ hərbi bazalarına, Təl-Əviv, Hayfa və Ben-Qurion hava limanındakı İsrail ordusunun obyektlərinə hücum edib.
ABŞ və İsrailin İran ərazisinə endirdiyi zərbələr nəticəsində mülki şəxslər arasında ölənlərin sayı 1 332 nəfərə çatıb.
Yaxın Şərqdəki münaqişənin daha da kəskinləşməsi fonunda qızılın və gümüşün qiyməti yenidən yüksəlib.