Kürdəmirdə avtomobil yollarının əsaslı təmirinə 1,5 milyon manat ayrılıb - SƏRƏNCAM

Kürdəmirdə avtomobil yollarının əsaslı təmirinə 1,5 milyon manat ayrılıb - SƏRƏNCAM
31 İyul 2025 17:19

Prezident İlham Əliyev Bakı–Ələt–Qazax–Gürcüstanla dövlət sərhədi magistralını Kürdəmir rayonunun Sığırlı, Ərşəli, Muğanlı, Xınıslı kəndləri və Karrar qəsəbəsi ilə birləşdirən avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

"Report" xəbər verir ki, Sərəncama əsasən, Bakı–Ələt–Qazax–Gürcüstanla dövlət sərhədi magistralını on iki min nəfər əhalinin yaşadığı Sığırlı, Ərşəli, Muğanlı, Xınıslı kəndləri və Karrar qəsəbəsi ilə birləşdirən avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1,5 milyon (bir milyon beş yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılır.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yollarının əsaslı təmirinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutacaq.

Nazirlər Kabineti isə bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.


6 Mar 2026
Siyasət

İsveç səfirliyi Naxçıvana PUA hücumlarını pisləyib

"Naxçıvan Muxtar Respublikasının ərazisinə pilotsuz uçuş aparatları ilə hücumlardan sonra İsveç səfirliyi Azərbaycanla və zərərçəkənlərlə tam həmrəyliyini ifadə edir".

6 Mar 2026
Siyasət

Arzu Əliyeva Bakı Ali Neft Məktəbində olub - FOTO

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Bakı Ali Neft Məktəbində olub.

6 Mar 2026
Siyasət

Ceyhun Bayramov: "Azərbaycan və Moldova arasında siyasi məsləhətləşmələr keçiriləcək"

"2026-cı ilin ikinci yarısında Azərbaycan və Moldova arasında siyasi məsləhətləşmələr keçiriləcək".

6 Mar 2026
Siyasət

Şahbaz Şərif İlham Əliyevə zəng etdi, İranın Azərbaycana hücumunu qınadı

Martın 6-da Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

6 Mar 2026
Siyasət

Ceyhun Bayramov: "İranın Naxçıvana PUA hücumu ciddi narahatlıq doğurur"

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Moldovanın baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi arasında geniştərkibli görüş keçirilib.