Solt-Leyk-Sitidən (ABŞ) Amsterdama (Niderland) uçan təyyarə turbulentliyə (hava burulğanı) düşüb, 25 nəfər xəstəxanaya çatdırılıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə aviadaşıyıcının saytında yerləşdirilən bəyanatda deyilir.
“Delta Air Lines” aviaşirkətinə məxsus təyyarə uçuş zamanı hava burulğanı ilə qarşılaşdıqdan sonra məcburi eniş edib.
"Airbus A330-900" təyyarəsi Minneapolisdəki hava limanına uğurla eniş edib. Təyyarədə olan şəxslərdən 25 nəfəri yerli xəstəxanalara çatdırılıb", - bəyanatda bildirilib.
ABŞ və İsrailin İran ərazisinə endirdiyi zərbələr nəticəsində mülki şəxslər arasında ölənlərin sayı 1 332 nəfərə çatıb.
Yaxın Şərqdəki münaqişənin daha da kəskinləşməsi fonunda qızılın və gümüşün qiyməti yenidən yüksəlib.
İran İsraildəki hədəflərə qarşı raketlər və pilotsuz uçuş aparatlarından istifadə etməklə yeni hücumlara başlayıb.