Suriyanın müdafiə naziri Murxaf Abu Kasra Rusiyaya rəsmi səfərə gedib.
“Report” xəbər verir ki, bu barədə Suriyanın SANA agentliyi məlumat yayıb.
"Suriyanın müdafiə naziri general Murxaf Abu Kasra Moskvaya rəsmi səfərə gəlib. O, burada rusiyalı həmkarı Andrey Belousovla görüşəcək və qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə edəcək", - agentlik yazır.
Qeyd edək ki, Suriyanın xarici işlər naziri Əsəd əş-Şibani də Moskvada səfərdədir.
ABŞ və İsrailin İran ərazisinə endirdiyi zərbələr nəticəsində mülki şəxslər arasında ölənlərin sayı 1 332 nəfərə çatıb.
Yaxın Şərqdəki münaqişənin daha da kəskinləşməsi fonunda qızılın və gümüşün qiyməti yenidən yüksəlib.
İran İsraildəki hədəflərə qarşı raketlər və pilotsuz uçuş aparatlarından istifadə etməklə yeni hücumlara başlayıb.