Pirşağı-Xırdalan-Novxanı yolunda yeni yerüstü piyada keçidi inşa olunur

Pirşağı-Xırdalan-Novxanı yolunda yeni yerüstü piyada keçidi inşa olunur
31 İyul 2025 11:37

Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə daha bir yerüstü piyada keçidi inşa edilir.

Bu barədə “Report”a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, yeni yerüstü piyada keçidi Pirşağı-Xırdalan-Novxanı-M4 avtomobil yolu layihəsi çərçivəsində sözügedən yolun 19,5-ci km-də tikilir.

İki giriş-çıxışdan ibarət olan keçid ümumi uzunluğu 59,8 metr, aşırım hissəsinin eni 4, pilləkənlərin eni 2 metrdir.

Yol səviyyəsindən hündürlüyü 5,5 metr olan keçid üstüaçıq dəmir-beton konstruksiyalıdır. Keçiddə 2 metr enində oval tipli piyada pandusları da quraşdırılacaq. Layihə çərçivəsində piyada keçidinin sol və sağ dayaqlarının təməlləri tam şəkildə tikilib, hazırda keçidin sağ dayaqlarının sütunlarının tikintisi işləri aparılır.

Yeni yerüstü piyada keçidi inşa edilən ərazidə piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin edəcək.


6 Mar 2026
Cəmiyyət

Universitet və kolleclərə sənəd qəbulu başa ÇATDI

Ali təhsil müəssisələrinə, həmçinin tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu başa çatıb.

6 Mar 2026
Cəmiyyət

Mart ayının pensiyaları ÖDƏNİLDİ

Qarşıdan gələn bayramlarla əlaqədar bu ay pensiya, müavinət və təqaüdlərin qrafikdən əvvəl ödənilməsi başlanılıb.

6 Mar 2026
Cəmiyyət

Paytaxtın hansı küçələrində sıxlıq var? - 06.03.2026

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.