İndiyədək 121 min uşağın birincə sinfə qəbulu yekunlaşıb.
“Report” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli keçirilən brifinqdə deyib.
O xatırladıb ki, yeni tədris ili üzrə uşaqların 1-ci sinfə qəbulu prosesinə mayın 6-da start verilib:
"Proses ilkin mərhələdə Bakı və digər regionlarda prioritet tətbiq olunmaqla həyata keçirilib. Hazırda hər kəs məktəbəqəbul.edu.az platformasına daxil olmaqla seçdikləri məktəb və müəllim üzrə, boş yer olduğu təqdirdə, tədris Azərbaycan və digər dillərdə aparılan ümumi təhsil müəssisələrinə sorğularını yerləşdirə bilər. Proses sentyabrın 12-dək davam edəcək, bu müddət ərzində sorğularını yerləşdirmiş valideynlər sənədlərini məktəblərə verə bilərlər".
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Qarabağa səfər çərçivəsində Şuşada yeni məscidin tikintisinin gedişatı ilə tanış olublar.
Bakıda Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Dördüncü İqlim Həftəsi öz işinə yekun vurub.
Bu gün Vətən müharibəsinin ən gənc şəhidlərindən olan Cəbrayıl Dövlətzadənin doğum günüdür.