Azərbaycan 6 ayda qızıl ixracından 144 milyon dollar gəlir əldə edib

Azərbaycan 6 ayda qızıl ixracından 144 milyon dollar gəlir əldə edib
31 İyul 2025 11:16

Cari ilin yanvar-iyun aylarında Azərbaycandan 144 milyon ABŞ dolları dəyərində qızıl ixrac edilib.

Bu barədə Trend İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın iyul sayına istinadən xəbər verir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 86 milyon ABŞ dolları və ya 2,5 dəfə çoxdur.

Təkcə iyunda isə Azərbaycan 25 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib. Bu isə 2024-cü ilin eyni ayı ilə müqayisədə 10 milyon ABŞ dolları və ya 78,7% artım deməkdir.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,9% artaraq 1,8 milyard ABŞ dolları təşkil edib.


6 Mar 2026
Cəmiyyət

Universitet və kolleclərə sənəd qəbulu başa ÇATDI

Ali təhsil müəssisələrinə, həmçinin tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu başa çatıb.

6 Mar 2026
Cəmiyyət

Mart ayının pensiyaları ÖDƏNİLDİ

Qarşıdan gələn bayramlarla əlaqədar bu ay pensiya, müavinət və təqaüdlərin qrafikdən əvvəl ödənilməsi başlanılıb.

6 Mar 2026
Cəmiyyət

Paytaxtın hansı küçələrində sıxlıq var? - 06.03.2026

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.